SON XƏBƏRLƏR

İran rəsmisi: “İslam inqilabının devrilməsini istəyənlərin yuxusunun çin olmasına imkan verməyəcəyik”

2021.10.20, 07:36
İran rəsmisi: “İslam inqilabının devrilməsini istəyənlərin yuxusunun çin olmasına imkan verməyəcəyik”

Gunaz.tv

 GünAzTV: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri dekabrın 29-da jurnalistlərə açıqlamasında ölkəni bürüyən etiraz aksiyalarına münasibət bildirib.

 

2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazları pisləyən və onun başçılarını (Mirhüseyn Musəvi və Mehdi Kərrubi) “amerikalı fitnəkarlar” adlandıran Baqiri deyib ki, onun başçılıq etdiyi qüvvələr, islam respublikası hakimiyyətinə qarşı çıxanların niyyətini həyata keçirməsinin qarşısını alacaq: “Biz, İslam inqilabının devrilməsini istəyənlərin şeytani və iyrənc yuxusunun çin olmasına imkan verməyəcəyik. Biz, islam respublikasının xəbis düşmənlərinin qarşısında dayanıb onları məyus edəcək, onların öz iyrənc hədəflərinə çatmasının qarşısını alacağıq”.

 

Xatırladaq ki, hakimiyyətin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar , “Bahalığa yox” adı ilə “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə, İranın 10-dan çox şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz olaraq kütləvi aksiyalar və yürüşlər keçirilib, dini lider Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı sərt şüarlar səsləndirilib. Xalq etirazları, hələ də davam edir. 

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar