İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21 15:07

İranın Milli Neft Şirkətinin Yataqların Kəşfiyyatı Departamentinin rəisi Güney Azərbaycanın Muğan bölgəsində neft yataqlarının axtarışına başlanılacağını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Seyid Saleh Hendi Ərdəbil əyalətinin Muğan vilayətindəki axtarış əməliyyatının payızdan etibarən başalanacağını deyib.

 

Muğanda neft istehsalının gerçəkləşməsinin “strateji əhəmiyyət” daşıdığını deyən Hendi əlavə edib ki, Muğan yatağı həm də ona görə önəmlidir ki, bu yataq Təbriz neft emalı zavodunun neftini təmin etməklə ölkənin cənubundan şimalına neft ötürülməsi ehtiyacını ortadan qaldıra bilər.

 

İyul ayında Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili Yusif Davudi yaxın gələcəkdə Sarab vilayətində neft və qaz yataqlarının axtarışına başlanılacağını bildirmişdi.

 

Davudi İranın neft nazirliyi ilə Təbrizdə fəaliyyət göstərən Səhənd Texniki Universiteti arasında bu sahədə razılaşma imzalandığını açıqlamışdı.

 

Xatırladaq ki, Güney Azərbaycanda neft yataqlarının axtarışı məsələsi uzun illərdən bəri gündəmdədir.

 

8 il öncə Muğan bölgəsində neft yataqları axtarışları ilə bağlı beynəlxalq səviyyədə tender keçirilməli idi və bu istiqamətdə müəyyən işlər də görüldü, lakin bölgədə bu günə kimi ciddi bir əməli iş görülməyib.

 

Ekspertlərin fikrincə, Cənubi Azərbaycanda neft çıxarılması bu bölgədəki problemləri həll etməyəcək və Azərbaycanın nefti də digər yeraltı və yerüstü sərvətləri kimi İran hökuməti tərəfindən talan ediləcək.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12