İran rəsmisi: “Ölkədə koronavirusdan ölənlərin sayı rəsmi statistikada elan edilənlərdən 3-4 dəfə çoxdur”

2020-10-26 10:56

İran Tibb Sistemi Ali Şurasının üzvü Hüseyn Qışlaqi oktyabrın 25-də mediaya açıqlamasında İran Səhiyyə Nazirliyini koronavirus qurbanlarının statistikası barədə düzgün məlumat yaymamaqda günahlandırıb.

Gunaz.tv Quote | Gunaz article

O deyib ki, İran Səhiyyə Nazirliyi gündəlik yaydığı statistikada “Covid-19”dan ölənlərin sayını az göstərməyə çalışır: “İranda koronavirusdan ölənlərin sayı Səhiyyə Nazirliyinin rəsmi statistikada elan etdiyi rəqəmdən 3-4 dəfə çoxdur. Daha doğrusu, xəstəlik qurbanlarının gerçək sayını ölkə xəstəxanalarında çalışan tibbi personalın gündəlik yaydığı hesabat və məlumatlardan əldə etmək mümkündür.


İranda bir çox digər ölkələrə nisbətən koronavirusdan vəfat edənlərin sayı aşağı göstərilir. Misal üçün ölkə xəstəxanalarında baş verən bir çox ölüm hallarının koronavirusla bağlı olması tibbi personal tərəfindən təsdiq edilsə də, çox vaxtlar onlar müəyyən səbəblərə görə, Səhiyyə Nazirliyinin xəstəlikdən ölənlər siyahısına salınmır” –deyə, İran Tibb Sistemi Ali Şurasının üzvü Hüseyn Qışlaqi əlavə edib. 

 
İranda Koronavirusla Mübarizə üzrə Qərargahın elmi komitəsinin üzvü Məsud Mərdani oktyabrın 20-də mediaya açıqlamasında İran Səhiyyə Nazirliyini koronavirusdan ölənlərin sayı barədə həqiqətə uyğun olmayan rəqəmlər yaymaqda günahlandırmışdı.


“Ölkədə koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı ikiqat yarımdan çoxdur. Rəsmi tribunalardan elan edilən rəqəmlər həqiqətə uyğun deyil və biz əgər hər gün ölkədə neçə nəfərin yoluxucu xəstəlikdən öldüyünü öyrənmək istəyiriksə, rəsmi kanallardan elan edilən ölü sayını ən azı 2.5-ə vurmalıyıq ki, virusdan vəfat edənlərin həqiqi sayını əldə edə bilək” –deyə, İranda Koronavirusla Mübarizə üzrə Qərargahın elmi komitəsinin üzvü Məsud Mərdani bəyan etmişdi.


Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari oktyabrın 25-də mediaya açıqlamasında dünənə qədər ölkədə koronavirusdan ölənlərin ümumi sayının 32 616 nəfərə, yoluxanların sayının isə 568 896 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə dünənə qədər “Covid-19”dan  ölənlərin ümumi sayının 128 000 nəfəri keçdiyini, 17 milyon 200 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildiriblər.


A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Dec.03.2020 : Coronovirus dünyanı yenidən silkələyir.

2020-12-03

gun az article

Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib

2020-12-03

gun az article

İranın Gülüstan əyalətində daha 3 nəfər saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirib

2020-12-03

gun az article

Co Bayden: “İranın atom silahına yiyələnməsinə imkan verməyəcəyik”

2020-12-03

gun az article

İranda daha 358 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 49 000 nəfəri keçib (Rəsmi statistika)

2020-12-03

gun az article

Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək

2020-12-03

gun az article

Xankəndi şəhəri də yeni yaradılan Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil edilib

2020-12-03

gun az article

Laçın şəhərindən - Video

2020-12-03

gun az article

Bakıda parada hazırlıq işlərinə başlanıldı

2020-12-03

gun az article

“Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı” - XTD üzvü +Video

2020-12-03

gun az article

Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi - Video

2020-12-03

gun az article

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

2020-12-03

gun az article

Çavuşoğlu NATO XİN başçıları toplantısında bəzi ölkələri “Qarabağ məsələsində bitərəf ola bilmədiniz” deyə tənqid edib

2020-12-03

gun az article

İranda daha 362 nəfər koronavirusdan vəfat edib, 13 621 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-12-02

gun az article

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama

2020-12-02

gun az article

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - SƏRƏNCAM

2020-12-02

gun az article

10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub

2020-12-02

gun az article

Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

2020-12-02

gun az article

Pompeo: “Tehran rejimi bölgənin və onun dinc əhalisinin təhlükəsizliyinə qarşı ən böyük təhdiddir”

2020-12-02

gun az article

Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

2020-12-02