SON XƏBƏRLƏR

İran rəsmisi Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayının artdığını etiraf edib

2021.10.20, 07:36
İran rəsmisi Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayının artdığını etiraf edib

Gunaz.tv

GünAz TV: İran rəsmisi Şərqi Azərbaycan əyalətində koronavirusdan ölənlərin sayının altı nəfərə çatdığını açıqlayıb.

 

 

Təbrizin Tibb Universitetinin rəisi, Məhəmməd Hüseyn  Sominin dediyinə görə, bu əyalətdə son 24 saatda 10 yeni yoluxma halı aşkarlanıb və beləliklə koronavirusa yoluxanların sayı 70 nəfərə çatıb.

 

Qeyd etmək lazımdır ki, açıqlanan rəqəm sadəcə səhiyyə mərkəzlərində xəstəliklə bağlı analizdən keçdikdən sonra  virusa yoluxduqları aşkar edilənlərə aiddir.

 

Qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.

 

koronavirus testlərinin cavabları tədricən bəlli olduqca yoluxanların sayının rəsmi açıqlamalardan daha artıq olduğu ortaya çıxır.

 

Ü.F

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar