SON XƏBƏRLƏR

İran rəsmisi: Tehran əhalisinin 51 faizi koronavirusa yoluxa biləcəklərindən nigarandır”

2021.10.20, 07:36
İran rəsmisi: Tehran əhalisinin 51 faizi koronavirusa yoluxa biləcəklərindən nigarandır”

Gunaz.tv

GünazTV: Tehran əyalətində Koronavirusla Mübarizə Qərargahının əməliyyat üzrə komandanı Əlirza Zali aprelin 16-da “Covid-19” infeksiyası ilə bağlı paytaxt sakinləri arasında keçirdikləri sorğunun nəticəsindən danışıb.

 

Əlirza Zali deyib ki, paytaxt əhalisi arasında keçirilən sorğunun nəticəsi, əhalinin koronavirusla bağlı baxış tərzində dəyişiklik əmələ gəldiyni göstərir: “Son günlər Tehran sakinləri arasında keçirilən sorğunun nəticələri göstərir ki, paytaxt əhalisinin 51 faizi özlərinin və ya ailə üzvlərindən birinin koronavirusa yoluxa biləcəyindən nigarandır.

 

Həmçinin Tehran əhalisinin 60 faizi də koronavirusun ciddi və təhlükəli vir infeksiya olduğunu düşünürlər. Bu isə onu göstərir ki, vətəndaşlar arasında “Covid-19” infeksiyası və onun ciddiliyi barədə aparılan maarifləndirmə işləri müsbət nəticə verib və artıq ölkə vətəndaşlarının koronavirusa olan baxış və yanaşma tərzində dəyişiklik əmələ gəlib” -deyə, Tehran əyalətində Koronavirusla Mübarizə Qərargahının əməliyyat üzrə komandanı Əlirza Zali əlavə edib.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 16-da mediaya açıqlamasında ölkədə son bir sutka ərzində koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

 

Cahanpur deyib ki, son bir gün ərzində daha 92 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin ümumi sayı 4869 nəfərə, virusa yoluxanların sayı isə 77995 nəfərə yüksəlib.

 

İranın tibb mərkəzlərində fəaliyyət aparan mənbələr isə “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar