SON XƏBƏRLƏR

İran rəsmisi: “Tel-Əvivi yerlə yeksan edəcəyik”

2021.10.20, 07:36
İran rəsmisi: “Tel-Əvivi yerlə yeksan edəcəyik”

Gunaz.tv

GünAzTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi, “Sepah”ın keçmiş baş komandanı Möhsün Rzayi, fevralın 19-da Tehranda keçirilən bir toplantıda çıxış edərək İsrailə və onun baş naziri Benyamin Netanyahuya qarşı təhdid dolu sərt bəyanat səsləndirib.

 

Möhsün Rzayinin açıqlaması, İsrailin baş naziri Benyamin Netanyahunun fevralın 18-də Münxen Təhlükəsizlik Konfransındakı çıxışında İranla bağlı səsləndirdiyi bəyanatından bir neçə gün sonraya təsadüf edib. Netanyahu həmin konfransda, İranın Suriyada hərbi varlığına toxunaraq, ölkəsi tərəfindən vurulan İranın pilotsuz qurğusunun bir hissəsini namayiş etdirib. O deyib ki, İsrail, İranın Suriyada hərbi varlığına dözməyəcək: “Biz, Suriya hökumətinin dar ağacı kəndirini boğazımıza salmasına imkan verməyəcəyik. Lazım olsa, İsrail hətta İrana qarşı addım atacaq, hərəkətə keçəcək”.

 

Öz çıxışında Netanyahunun bu bəyanatına kəskin reaksiya verən Möhsün Rzayi, İsraili təhdid təhdid edib: “Biz, üzümüzü onlara (İsrail rəhbərlərinə) tutub deyirik ki, siz qələt edirsinin bizə qarşı addım atmaq istəyirsiniz. Əgər siz, bizə qarşı nəsə etmək istəsəniz, Tel-Əvivi yerlə yeksan edəcək, sizə hətta qaçmağa fürsət də verməyəcəyik”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar