İran rəsmisi: “Xamneyi “hərəm müdafiəçiləri”nə İran vətəndaşlığı verilməsinə göstəriş verib”

2017-03-13 11:33

GünAzTV: İranda “Şəhid fondu”nun rəisi, axund Məhəmmədəli Şəhidi , martın 12-də jurnalistlərə açıqlamasında ölkənin dini lideri Əli Xamneyinin Suriya savaşına göndərilən muzdlu xarici döyüşçülərlə bağlı verdiyi göstərişindən danışıb.

 

Axund Şəhidi bildirib ki, ölkə lideri ilə keçirilən son iclasların birində, Xamneyi ona “əhli-beyt” hərəmlərini qorumaq üçün Suriyaya ezam edilən xarici döyüşçülərə, o cümlədən də “Sepah”ın əfqanlılardan ibarət “Fatimiyyun” briqadasının üzvlərinə İran vətəndaşlığı verilməsi məsələsi ilə məşğul olmasına göstəriş verib: “Həmin iclasda ölkənin dini lideri bildirdi ki, əgər bu şəxslər Əfqanıstana qayıtsalar və Taliban”çılar onların Suriya savaşına göndərildiklərini öyrənsələr, hamısını tutub qətliam edəcəklər. Elə buna görə də bu şəxsləri və onların ailə üzvlərini qorumaq bizim borcumuzdur. Həmin səbəbə görə də, hökmən onlara İran vətəndaşlığı verilməsi işini düzəldin və bu problemin həllindən sonra onları “Şəhid fondu”nun himayəsi altına alın”.

 

Bir həftə əvvəl isə, İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayaraq Suriyaya göndərilən “hərəm müdafiəçiləri”nə İran vətəndaşlığı verilməsinə razılığını bildirmişdi. Rəsmi Tehran, Bəşər Əsəd rejimini qorumaq məqsədilə pul, vətəndaşlıq və digər vədlər qarşılığında Suriyaya göndərdiyi xarici muzdlu şəxsləri “əhli-beyt hərmlərinin müdafiəçiləri” adlandırır.

 

Son illər Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyəti isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdlu üzvləridir.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xuzistan etirazları daha bir neçə əyalətə yayılıb: Şadqanda isə naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açıblar - VİDEO

2021-07-25

gun az article

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

2021-07-25

gun az article

Sistan-Bəlucistanda öldürülən 4 “Sepah”çının kimliyi açıqlanıb

2021-07-25

gun az article

“Sepah” və Livan “Hizbullah”ının 2 komandiri Suriyada öldürüldü

2021-07-25

gun az article

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

2021-07-25

gun az article

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

2021-07-25

gun az article

Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

2021-07-25

gun az article

Afrikanın cənubunda rekord: görünməmiş şaxta...

2021-07-25

gun az article

Ermənistanda COVİD-19-a yoluxanların sayı 228 798 nəfərə çatıb

2021-07-25

gun az article

Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

2021-07-25

gun az article

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

2021-07-25

gun az article

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

2021-07-24

gun az article

İranın Sistan-Bəucistan əyalətində 4 “Sepah”çı öldürülüb

2021-07-24

gun az article

“YAŞAT” indiyədək 8330 nəfəri öhdəliyə götürüb

2021-07-24

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Dezful inqilab məhkəməsinə çağırılıb

2021-07-24

gun az article

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

2021-07-24

gun az article

Əfqanıstanda son sutkada "Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

2021-07-24

gun az article

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

2021-07-24

gun az article

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

2021-07-24

gun az article

Rusiyada virusdan ölənlərin sayı 153 mini ötdü

2021-07-24