SON XƏBƏRLƏR

İran rəsmisi Xavyer Solana ilə Cenevrədə görüşəcək

2021.10.20, 07:36
İran rəsmisi Xavyer Solana ilə Cenevrədə görüşəcək

Gunaz.tv
İran rəsmisi Xavyer Solana ilə Cenevrədə görüşəcək Azərbaycan, Bakı, 11 iyul / «Trend News» , müxbir T.Cəfərov / İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Səid Cəlili və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Xavyer Solana iyulun 19 – da Cenevrədə görüşəcəklər. Tərəflər müştərək məsələləri müzakirə edəcəklər. Bu barədə İranın «İribnews» xəbər saytı məlumat yayıb. İranın Milli Təhlükəsizlik Ali Şurasının mətbuat katibi Əhməd Xadimulmele bildirib ki, Cəlili Cenevrəyə Solananın dəvəti ilə gedəcək. 5+1 ölkələri may ayında uranın zənginləşdirilməsinin dayandırılması ilə baglı, İrana təkliflər paketi təqdim edib. Solana mayın sonunda İrana səfəri zamanı ölkə rəsmiləri ilə bu məsələni müzakirə edib. İran alternativ olaraq, 5+1 ölkələrinə öz təkliflərini təqdim edib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar