SON XƏBƏRLƏR

İran “Şahab-3” ballistik raketini sınaqdan keçirdi

2021.10.20, 07:36
İran “Şahab-3” ballistik raketini sınaqdan keçirdi

Gunaz.tv
İran “Şahab-3” ballistik raketini sınaqdan keçirdi iran-sahab3.jpg İran uçuş uzunluğu 2000 kilometr təşkil edən “Şahab-3” ballistik raketini sınaqdan keçirib. Lent.az-ın “France Press” agentliyinə istinadən verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Hava Qüvvələrinin komandanı Hüseyn Salami məqsədlərinin bütün dünyaya İranın döyüş hazırlığını göstərmək olduğunu bildirib. Salami İran raketlərinin “istənilən vaxt, istənilən yerdə, dəqiq və ani zamanda” buraxıla biləcəyini qeyd edib. O, ümumilikdə 9 raketin sınaqdan keçirildiyini vurğulayıb. “Şahab” raketlərindən əlavə, uçuş uzunluğu 400 kilometr təşkil edən “Zelzal” və 170 kilometr təşkil edən “Fateh” raketlərinin də yoxlanıldığını vurğulayıb. Qeyd edək ki, iyulun 8-də ABŞ dövlət katibi Kondoliza Rays və Çexiya xarici işlər naziri Karl Şvartsenberq Çexiyada Amerikanın RƏM sisteminə daxil olan radarının qurulması barədə razılaşma imzalayıblar. Bu radar ilk növbədə İran ərazisindən ballistik raketlərin buraxılmasını izləmək üçün nəzərdə tutulub. İran isə “Şahab”ları sınaqdan keçirməklə Vaşinqtona özünəməxsus cavab verib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar