İran seçkilərində "türk dili" oyunu: "Onların hərəkəti siyasi hiyləgərlikdir"

2021-06-10 14:09

​​​​​​​İranda keçirilən prezident seçkilərinə 2 azərbaycanlı namizəd də qatılıb.

Gunaz.tv Quote | Gunaz article

Onlardan biri İran Mərkəzi Bankının keçmiş sədri Əbdünnasir Himməti, o biri isə bir müddət öncə İsfahan əyalətində vali işləmiş Möhsün Mehrəzlizadədir. Azərbaycanlı namizədlər seçkiqabağı təşviqat kampaniyası zamanı maraqlı taktikadan istifadə edir. 

Onlar Güney Azərbaycan əhalisinin səsini almaq üçün debatlarda türk dilində danışırlar. Onların bu hərəkəti Güneydə birmənalı qarşılanmır. Güneylilər özlərini türk detməkdən çəkinən bu adamlara o qədər də etibar etmirlər. 

AMEA-nın əməkdaşı, fəlsəfə doktoru Faiq Ələkbərli Günaz.TV-yə açıqlamasında bildirib ki, seçkiyə qatılan azərbaycanlılar Güneyə, milli xəttə yad adamlardır:  “Onlar zahirən azərbaycanlı-türk kökənli olsa da,  mahiyyət etibarı ilə irançılığa bağlıdırlar.  

Türk xalqlarının birliyi üçün ilk addım… – Transqafqaz

Biz,  bunu həm  Mərkəzi Bankın keçmiş sədri Əbdünnasir Himməti, həm də vaxtilə  İsfahanda vali işləmiş Möhsün Mehrəzlizadə haqqında deyə bilərik. Hesab edirəm ki, onların  azərbaycanlıların səsini almaq üçün debatlarda çox  qısa şəkildə  türk dilində danışmaları da təsadüfi deyil.  Onların bu prezident seçkilərində iştirak etmələri qədər,  debatlarda türk dilində danışmaları da siyasi hiyləgərlikdir”. 

Filosof alim hesab edir ki, əslində Azərbaycana, türklüyə bağlılığı olmayan bu adamlar seçki oyununa məqsədli şəkildə cəlb olunub: “Hər ikisi irançı olan və Güney Azərbaycanda sevilməyən bu şəxslərin üzərindən bir oyun oynanılır. Hər halda parlamentdə hesabat verəndə türk olduğunu belə gizlədən Əbdünnasir Himməti kimlərinin nə Güney Azərbaycana, nə də türklüyə aidiyyatı ola bilməz. 

Burada əsas məqsəd həmin adamlardan seçki oyununda maşa kimi istifadə etmək, türklərin seçkilərdə fəallığına nail olmaqdır. Ən əsası odur ki,  molla rejimi məzhəbçilik əsasında türklərin asssimilyasiyasını davam etdirmək niyyətindədir”. 

Molla rejiminin bütün seçkilərdə Güney üzərindən oyun qurduğunu bildirən F.Ələkbərli deyib ki, bu dəfə xalqı aldatmaq mümkün olmayacaq: “Ümid edirəm ki,  son dövrlərdə milli oyanış prosesi xeyli gücləndiyindən, Azərbaycan türkləri bu dəfə də oyuna gəlməyəcək.  Güney Azərbaycan milli hərəkatının əsas hədəfi seçki oyunlarını pozaraq,  milli dövlətçiliyi bərpa etmək olmalıdır”. 


Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17

gun az article

İran-Azərbaycan sərhədində Xomeyninin böyük şəkli olan lövhə quraşdırılıb – FOTO

2021-06-17

gun az article

Urmulu gənc siyasi məhbuslara görə İran hökumətini tənqid etdi: “Türkcə rəsmi dil olarsa, səs verəcəyik”-VİDEO

2021-06-17

gun az article

GünazTV June.16.2021-Görüş: Şuşa Bəyanaməsinin əhəmiyyəti, Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-17

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15