İran səfiri kimə “söz atır”?

2020-11-15 11:10

Görünüşə görə, özünü "Şahnamə" qəhrəmanı "Rüstəm"in yerinə qoyan, İranın Azərbaycandakı səfiri ağayi "Abbas Musəvi" öz mesajında daha çox Qarabağ müharibəsi dövründə İranın ədalətsiz mövqeyini tənqid edən, İranın Azərbaycandakı keçmiş səfiri Cənab Ə.Süleymanini hədəf alıb.

Gunaz.tv Quote | Gunaz article

Qarabağın azadlığı uğrunda aparılan müharibə dövrü və ondan sonrakı dövr ərzində İran İslam Respublikasının tutduğu mövqe bir çoxlarına aydındır.

 

“İslam dövləti” iddiası ilə çıxış edən Tehran hökumətinin Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalına yumuşaq münasibəti, müharibə baş verəndən sonra ikili mövqe nümayiş etdirməsi Azərbaycan vətəndaşlarının, İranda yaşayan azərbaycanlıların etirazlarına səbəb oldu.

 

Bundan əlavə, İranın bu ədalətsiz mövqeyini İran diplomatiyasına mənsub bəzi şəxslərdə ciddi tənqid etdilər.

 

Onlardan biri də, İranın Azərbaycan Respublikasındakı keçmiş fəfiri Cənab “Əfşar Süleymani” idi. Ə.Süleymani ölkə prezidenti “Ruhani”, XİN rəhbəri “M.C.Zərif”ə ünvanladığı məktubda bir neçə süalla onların mövqeyini tənqid etdi.

 

Ermənistanın təslim olmasından, sülh müqaviləsinə qol çəkməsindən sonrada İran hökumətinin məsələyə dolayısı ilə qarşı çıxması, bu hökumətə qarşı narazılıq və tənqidləri artırdı.

 

Maraqlıdır ki, yeri gəldi-gəlmədi İran bayraqlarını başları üzərinə qaldıran iranlılar və İranmeyilli qüvvələrdə, ölkədə Qarabağın azadlığı bayramı keçirilən zaman, pərəstiş etdikləri ölkənin bayrağı altında Azərbaycanı təbrik etmədi, həmrəylik bildirmədilər.

 

Nəzərə alsaq ki, şənlik aksiyalarından yayılan çoxsaylı video və fotolarda, Azərbaycan bayrağı ilə yanaşı Türkiyə, Pakistan, Əfqanistan, Gürcüstan, Rusiya, İsrail və hətta Hindistan bayraqlarıda qaldırılmışdı, "İran bayrağının bayraqlar içində olmaması" çox məsələlərdən xəbər verir. Bu mövzuya sonra ayrıca qayıdacayıq.
 

 

İndi İran hökuməti, onun Azərbaycan Respublikasındakı səfiri “Abbas Musəvi” bütün bunlardan nəticə çıxarmaq yerinə “köhnə peşə”lərinə xas üslubda kimlərisə günahkar çıxarmaq istəyir.

 

Cənab səfir noyabrın 14-də yaydığı “twitter”də” yazır:
“İran bəzi daxili və xarici xəyalpərəstlərin düşündüyündən daha böyük, daha güclü və daha ayıqdır.”

 

“İSNA”-nın məlumatına görə, İranın Azərbaycandakı səfiri ağayi “Seyid Abbas Musəvi” “Twitter” də” İran İslam Respublikasının xəritəsini yerləşdirərək yazıb: "İnqilabın Ali Rəhbəri böyük bir stratejistdir. O, dövlət, Xarici İşlər Nazirliyi və İran Silahlı və Təhlükəsizlik qüvvələri ilə birlikdə, bölgədə və beynəlxalq səviyyədə siyasi dəyişiklikləri bəzi insanlardan daha yaxşı anlayırlar.”

 

Göründüyü kimi cənab səfir və başçıları siyasi məsələlərə, dövlətlərarası münasibətlərə hələ də, xəyalpərəst fars miliyyətçilərinin uydurduğu nağılların təsiri ilə yanaşır. Öz içlərində, bütün siyasi oyunlarının cikini-bökünü bilən köhnə diplomatlarının belə haqlı tənqidlərini və məsləhətlərini dəyərləndirmir. Onların qarşısında “Firdovsisayağı” epik nağılların qəhrəmanı kimi cavab verir.

 

“Firdovsi”nin təsvir etdiyi “İran”ın sonunu nəzərə alsaq, ağayi Abbas Musəvi və rəhbərlərinin “Şahnamə” qəhrəmanları üslubunda çıxışlarının gələcəkdə onlar üçün yaxşı heç nə vəd etmədiyini başa düşmək olar.

 

C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21