SON XƏBƏRLƏR

İran səfirindən gülməli sözlər: "Benzinin bahalaşması xalq ilə hökumət arasında güclü bağın göstəricisidir"

2021.10.20, 07:36
İran səfirindən gülməli sözlər: "Benzinin bahalaşması xalq ilə hökumət arasında güclü bağın göstəricisidir"

Gunaz.tv

GünAz TV: İranın Londondakı səfiri Həmid Bəidinejad gülməli bəyanatla çıxış edb.


Diplomat Twitterdə yazdığı statusda benzinin bahalaşmasını İranda xalq ilə hökumət arasında "güclü bağın göstəricisi" olduğunu iddia edib.


"Amerika Birləşmiş Ştatlarının sanksiyalarının xalqın güzəranına göstərdiyi təsirləri aradan qaldırmaq üçün İran hökuməti iqtisadi strukturu dəyişməkdə qəhrəmancasına qərar qəbul edib. Benzinin bahalaşdırılması hökumət ilə xalq arasında olan güclü bağın simvoludur, hansı ki, bu hal Qərb ölkələrinin çoxunda mövcud deyil", - deyə Həmid Bəidinejad iddia edib.


Səfirin dediklərinin əksinə olaraq, benzinin bahalaşmasından sonra onsuzda iqtisadi vəziyyəti ağır olan xalq ölkənin 100-dən artıq bölgəsində ayağa qalxıb. Kütləvi etirazlar zamanı polisin açdığı atəş nəticəsində 40-dan çox insanın öldüyü bildirilir. Eləcə də, rejim haqlı etiraza qalxan insanların min nəfərdən çoxunu həbs edib.


Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar