SON XƏBƏRLƏR

İran Səhiyyə Nazirliyi: “Koronavirusdan ölənlərin sayı 66-ya, yoluxanların sayı 1501 nəfərə yüksəlib”

2021.10.20, 07:36
İran Səhiyyə Nazirliyi: “Koronavirusdan ölənlərin sayı 66-ya, yoluxanların sayı 1501 nəfərə yüksəlib”

Gunaz.tv

GünazTV: İran səhiyyə nazirinin müavini Əlirza Rəisi martın 2-də jurnalistlərə açıqlamasında koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

O bildirib ki, son 1 sutka ərzində daha 12 nəfər virusdan ölüb, əlavə 523 nəfər də xəstəliyə yoluxub: “Beləliklə də, bu gün sübh saatlarına qədər ölkədə koronavirusdan ölənlərin sayı 66-ya, yoluxanların isə sayı 1501 nəfərə yüksəlib. Hazırda virusun ən çox yayıldığı əyalətlər Qum, Tehran və Gilan əyalətləridir.

 

Bundan başqa, son günlər 7280 nəfər tibb mərkəzlərinə müraciət edib. Onlar arasında isə virus daşıyıcısı olmaqda şübhəli bilinən 4312 nəfərdən analiz götürülsə də, testlərin konkret cavabı hələlik bəlli deyil” -deyə, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi əlavə edib.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 66-ya, yoluxanların isə 1501 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində fəaliyyət göstərən qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

 

Həmin mənbələrin bildirdiyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar