İran Səhiyyə Sisteminin rəhbərindən Ruhaniyə: "Koronavirusdan ölənlərin sayını xalqa düzgün deyin"

30.03.2020, 18:58

GünAz TV: İran Səhiyyə Sisteminin rəhbəri Mustafa Moin prezident Həsən Ruhaniyə göndərdiyi məktubda ondan koronavirusa yoluxmuş və bu xəstəlikdən ölmüş şəxslərin sayını xalqa şəffaf və doğru açıqlamağı istəyib.

 

O, prezidentdə bildirib ki, reallığa uyğun qərarlar qəbul etmək üçün statistika dəqiq, eləcə də şəhərlər və əyalətlər üzrə yayılmalıdır.

 

Mustafa Moin qeyd edib ki, gündəlik 3 mindən çox insanın koronavirusa yoluxması dövlətin Novruz tətillərindən insanları evdə oturmağa sövq etməklı, pandemiyanın qarşısını ala bilmədiyini nümayiş etdirir.

 

Rəsmi pandemiyanın qarşısının tam alınması üçün dövlət idarələri, təhsil müəssisələri və digər mərkəzlərin tətil müddətinin uzadılmasının zəruri olduğunu vurğulayıb.

 

"Koronavirusla mübarizə çərçivəsində tibb işçilərinin həyat və sağlamlığının qorunması üçün lazım olan səviyyədə tədbirlərin görülməməsi İranda onlar arasında koronavirusa yoluxma və ölüm hallarının digər ölkələrlə müqayisədə çoxluq təşkil etməsinə səbəb olub", - deyə Mustafa Moin məktubda qeyd edib.

 

O, sonda Həsən Ruhaniyə vəziyyəti normal qələmə verməklə, yalandan insanların özlərini təhlükəsiz hiss etməsinə şərait yaratmaqdan, bununla da ölkədə vəziyyəti geriyə qayıdışı olmayan hala çevirməkdən
çəkinməyi tövsiyə edib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24

gun az article

Son iki ildə İrana bağlı silahlılar onlar dəfə Amerika qüvvələrinə hücum ediblər

2023-03-24

gun az article

Suriyada İrana bağlı silahlılar öldürülüb

2023-03-24

gun az article

Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

2023-03-24

gun az article

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

2023-03-24

gun az article

İranda 5,6 gücündə zəlzələ olub

2023-03-24

gun az article

“ABŞ Qərb banklarının rus oliqarxları ilə əlaqələrini araşdıracaq”- “Bloomberg”

2023-03-24