SON XƏBƏRLƏR

İran sərhəd buraxılış məntəqələrindən birində iraqlıların ölkəyə girişini qadağan edib

2021.10.20, 07:36
İran sərhəd buraxılış məntəqələrindən birində iraqlıların ölkəyə girişini qadağan edib

Gunaz.tv

GünAz TV: Bu gün İran Cəzabə sərhəd buraxılış məntəqəsini İraq vətəndaşlarının üzünə bağlayıb.

 

Məsələ ilə bağlı açıqlama verən Cəzabə sərhəd buraxılış məntəqəsininin rəsmisi Əhməd Sübhani qərarın İraqda hökm sürən xalq etirazları ilə əlaqəli qəbul edildiyini deyib. O, həmçinin qeyd edib ki, artıq iki həftədir iranlı zəvvarların İraqın ziyarət şəhərlərinə səfərləri də qadağan edilib.

 

Rəsminin sözlərinə görə, sözügedən məntəqədən baş tutan qeyri-neft məhsullarının ixracatı da azaldılıb.

 

Qeyd etmək lazımdır ki, oktyabr ayının sonlarında İranın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqa səfərdən çəkinməyə çağırmışdı.

 

Əhvazdan 110 kilometr şimal- qərbdə yerləşən Cəzabə Xuzistan bölgəsində İranla İraq arasında mövcud olan 2 sərhəd keçid məntəqəsindən biridir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar