SON XƏBƏRLƏR

İran sərhədçiləri Pavədə bir nəfəri oldürüb, bir neçəsini isə yaralayıblar

2021.10.20, 07:36
İran sərhədçiləri Pavədə bir nəfəri oldürüb, bir neçəsini isə yaralayıblar

Gunaz.tv

GünAz TV: İranın Kirmanşah əyalətinin Sərhəd Qoşunlarının komandanı Yəhya İlahi fevralın 17-də sərhədçilərin bir nəfəri öldürdüyü, bir neçə nəfəri isə yaraladığı barədə məlumat yayıb.

 

O iddia edib ki, sərhədçilər həmin şəxslərə dur əmri versələr də, sonuncular bu qanuni əmrə tabe olmayıblar. Nəticədə sərhədçilər həmin şəxslərə atəş açıb, 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

 

Yəhya İlahi baş vermiş hadisənin detallarını, eləcə də öldürülən və yaralananların kimliyini açıqlamayıb.

 

Pavə rayonunun Novsud sərhəd alayının hərbçilərinin fevralın 17-də bir qrup belində yük daşıyan insanlara atəş açması nəticəsində Əhməd Səhrayi adlı bir şəxsin öldüyü, 8 nəfərin isə yaralandığı barədə məlumatlar yayılmışdı. Yəhya İlahinin həmin və ya digər hadisə barəsində məlumat verməsi məlum deyil.

 

Digər tərəfdən, İran rejiminin hərbçiləri ilə kürd terror təşkilatları arasında da ara-sıra bölgədə silahlı qarşıdurmalar yaşanır. Ona görə də, hadisənin bu qəbildən olması da istisna edilmir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar