İran mətbuatının verdiyi məlumata görə, ölkənin Şimal Qərbində (Qərbi Azərbaycan əyalətində) kürd silahlı quruplaşmalarına bağlı 3 nəfər həb edilib.
Gunaz.tv
“İLNA” xəbər agentliyinin İranın quru qoşunlarının “Həmzə” qərargahına istinadən yaydığı xəbərdə bildirilir ki, “Kürd silahlı quruplaşmalarından birinə bağlı olan 3 silahlı terrorist həbs edilib.”
Xəbərdə saxlanılan silahlıların terror akti həyata keçirməyə hazırlaşdıqları bildirilir.
Əməliyyatda terrorçulardan əhəmiyyətli miqdarda silah, sursat və rabitə avadanlığının ələ keçirildiyi qeyd olunur.
Qeyd edək ki, xəbərdə silahlıların saxlanıldığı yer haqqında heç bir dəqiq məlumat verilməyib. Sadəcə ümumi olaraq ölkənin Şimal-Qərb bölgəsi yazılıb.
C.E