İran Silahlı Qüvvələrinin sözçüsü Ermənistan və Azərbaycana xəbərdarlıq etdi

2020-10-23 16:01

İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi oktyabrın 23-də mediaya açıqlamasında Ermənistanla Azərbaycana xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article


Dağlıq Qarabağda və onun ətraf bölgələrində gedən döyüşlərə, eləcə də İran sərhədinin bir neçə dəfə pozulmasına və ölkə ərazisinə mərmilərin düşməsinə toxunan Əbülfəzl Şekarçi deyib ki, hər iki qonşu ölkə İranın qırmızı xətlərinə riayət etməlidir: “Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmaların baş verməsinin ardınca, üçüncü ölkənin sərhədlərində qonşuluq və dinc yanaşı yaşama prinsiplərinə, eləcə də beynəlxalq qaydalara riayət olunmaması səbəbilə İran İslam Respublikası ərazisinə bir neçə dəfə mərmi və raket düşüb.


İran İslam Respublikasının silahlı qüvvələri sərhəddə müdafiə imkanlarını gücləndirərək bildirir ki, sərhəd bölgələrimizin və xalqımızın təhlükəsizliyi bizim qırmızı xəttimizdir.


Burada münaqişə tərəfləri olan hər iki ölkəyə bir neçə tövsiyə edirik. Hesab edirik ki, hər iki ölkə əcnəbi və yadellilərin mümkün fitnə-fəsad törətməsinə və bu məsələdən sui-istifadə etməsinə imkan verməməli, öz aralarındakı ixtilafları dinc və danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Həmçinin hər iki ölkə apardıqları hərbi əməliyyatlarda tam diqqətli davranmalı, bizim sərhədlərimizi, eləcə də bizim qırmızı xəttimiz olan həmvətənlərimizin asayiş və təhlükəsizliyini pozmamalı,  təhlükəyə salmamalıdırlar. Bu işdə onlar tam diqqətli olmalıdır. 


Bildiririk ki, İran İslam Respublikasının dözümlülüyündən və onun hər iki ölkə ilə qonşuluq münasibətlərinə riayət etməsindən sui-istifadə olunmamalıdır. Məhz buna görə də, bir daha xəbərdarlıq edib bildiririk ki, biz ölkəmizə qarşı hər hansı bir təhdid və təcavüzə ağır və kəskin reaksiya verəcəyik.


İki qonşu ölkənin hərbçiləri arasında Qarabağda, Naxcıvanda və Ermənistanda baş vermiş döyüşlər zamanı, bəzi regional oyunçuların fitnə-fəsadı nəticəsində bəzi sərhədyanı bölgələrimiz raket və artilleriya atəşinə məruz qalıb, bəzi həmvətənlərimiz isə bədən xəsarəti alıblar. 


Bir daha təkidlə bildiririk ki, hər iki ölkə öz aralarındakı ixtilaf və problemlərini danışıqlar yolu ilə həll etməyə çalışmalı, İranın qırmızı xətlərini keçməməlidir. Əks təqdirdə hər iki ölkə bundan peşman olacaqlar” –deyə, İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi əlavə edib.

 

Qeyd edək ki, işğalçı Ermənistan ordusunun əsgərləri qəhrəman və müzəffər Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədiyi üçün, döyüş meydanından qaçarkən kor-koranə şəkildə hara gəldi atəş açır və ya Ermənistan ərazisindən Azərbaycan şəhərlərinin yaşayış məntəqələrini raket atəşinə tuturlar.  Bu isə dinc Azərbaycan vətəndaşlarının qətliamına səbəb olmaqla yanaşı, həm də atılan raket və mərmilərin çox hallarda Güney Azərbaycanın sərhədyanı ərazilərinə düşməsinə səbəb olur.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

2020-11-23

gun az article

İranda daha 453 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 45 000 nəfəri keçib (Rəsmi statistika)

2020-11-23

gun az article

Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub

2020-11-23

gun az article

Dövlət Tərcümə Mərkəzi “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarx hazırlayıb

2020-11-23

gun az article

Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

2020-11-23

gun az article

İsfahan Neft Emalı Şirkətinin avtobusu qəzaya uğrayıb. 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb

2020-11-23

gun az article

Səfirlər, hərbi attaşelər Füzulidə - Yenilənib

2020-11-22

gun az article

Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

2020-11-22

gun az article

Ağdam məscidi işıqlandırıldı

2020-11-22

gun az article

Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub, 1598 nəfər sağalıb, 24 nəfər vəfat edib

2020-11-22

gun az article

Putin: Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir

2020-11-22

gun az article

İranda daha 475 nəfər koronavirusdan ölüb, 13 053 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2020-11-22

gun az article

Rəsmi Tehranın sözçüsü: “Azərbaycan prezidenti bizim yaxın dostumuzdur”

2020-11-22

gun az article

Türkiyə hərbçiləri Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

2020-11-22

gun az article

Azərbaycandakı xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil edilib

2020-11-22

gun az article

İranın Fars əyalətində 4.4 bal gücündə zəlzələ olub

2020-11-22

gun az article

DTX rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

2020-11-22

gun az article

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

2020-11-22

gun az article

Ombudsman Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət edəcək

2020-11-22

gun az article

Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

2020-11-21