SON XƏBƏRLƏR

İran söz azadlığı və mətbuata qarşı çıxan birinci ölkələr sırasındadır

2021.10.20, 07:36
İran söz azadlığı və mətbuata qarşı çıxan birinci ölkələr sırasındadır

Gunaz.tv
İran söz azadlığı və mətbuata qarşı çıxan birinci ölkələr sırasındadır DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən İranın daxilində və xarici ölkələrdə fəaliyyət göstərən İranda insan haqları ilə bağlı təşkilatların apardığı araşdırmalardan bəlli olub ki, hər 36 saat daxilində İranda mətbuata bir hücum olur. Keçən ilin yekunlarına qədər araşdırmalarda bəlli olub ki, İran mətbuatında senzuralar və mətbuat işçilərinə qarşı təzyiqlər, həbslər, mətbuat və dərgilərin qapadılması, onların lisenziyalarının ləğvi, jurnalistlərin edamı, jurnalistlərə qarşı təşkil edilmiş hücumlar və fiziki təzyiqlər dünyanın bütün ölkələri içərisində İran birinci yerdədir. Mətbuata təzyiqlər əsasən İranın güc strukturları tərəfindən həyata keçirilir. 1. İran Təhlükəsizlik Nazirliyi 2. Mətbuat və Mədəniyyət Nazirliyi 3. İran İnqilab məhkəmələri 4. Ümumi məhkəmələr 5. Sepaha-pasdaran 6. Nizam-intizam qüvvələri 7. İctimai asayiş polisi 8. Polis Təhlükəsizlik İdarəsi 9. İran Keşikçilər Şurası 10. İran Teleradio şirkətləri 11. Fəsada qarşı mübarizə idarəsi 12. Sarullah batalyonu 13. Sepaha-pasdaranın Bəsic qüvvələri 14. Yol polisi 15. Tələbə xüsusi təyinatlıları 16. İran Müdafiə Naziri 17. Sepahın müştərək güc korpusu 18. İranın baş prokurorluğu 19. Ruhaniyyət məhkəməsi 20. Ənsari-Hizbullah Bununla yanaşı İranın bütün vilayətlərində vilayət başçılarının göstərişi ilə bütün mətbuata xüsusilə Güney Azərbaycan mətbuatına təzyiqlər, senzuralar həyata keçməkdədir. İran daxili və xarici ölkələrdə fəaliyyət göstərən insan haqları təşkilatları öz araşdırmalarında belə nəticəyə gəliblər ki, İran həddindən artıq qapalı bir ölkə olduğundan mətbuata və jurnalistlərə qarşı törədilən bütün əngəllər və həyata keçirilən həbslər, işgəncələr tam şəkildə üzə çıxartmaq bir az çətin məsələdir. Buna baxmayaraq azda olsa bir il müdətində İranda mətbuat işçilərinə, internet klublara göstərilən təzyiqləri əks etdirən faktlar mövcuddur. 1. Edama məhkum edilmiş jurnlasitlər – 3 nəfər 2. Hücuma məruz qalmış jurnlistlər – 4 nəfər 3. Lisenziyaları ləğv olunmuş mətbuat – 25 fakt 4. Əvvəlki illərdə qapadılmış mətbuat – 8 5. Girov müqabilində buraxılmış məhbus jurnalistlər girov götürülmüş məbləğ – 18 mln. 300 dollar 6. Nəğd pul cəriməsi 1mln. 700 min dollar 7. Dağıdılmış saytlar və vebloklar – 27 8. Bağlanmış internet klublar – 43 9. İstintaqa cəlb olunmuş redaktorlar və jurnalistlər (bir və ya iki dəfə) – 79 nəfər 10. Məhkəmə olunmuş jurnaslitlər və baş redaktorlar (bir və ya iki dəfə) – 46 nəfər 11. Həbs olunan jurnalistlər – 23 nəfər 12. Məhkəmədə verilən hökmlər – 58 nəfər 13. Ümumi mətbuata verilən xəbərdarlıqlar – 229 Xatırladaq ki, bu hesabat İran daxilində hazırlanmış hesabat olduğuna görə İranda söz azadlığına ümumiyyətlə mətbuata və jurnalistlərə qarşı təzyiqlərin çox olduğundan tam olaraq informasiya əldə etmək mümkün deyil. Yuxarıda yazılanlar İran hakimiyyətinin jurnalistlərə törətdikləri cinayətlərin onda birini təşkil edir. Yuxarıdakı rəqəmləri dəfələrlə artırmaq olar. qaynaq:www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar