SON XƏBƏRLƏR

İran Suriyada tamamilə yerli əhalidən ibarət yeni yaraqlı dəstə yaradır

2021.10.20, 07:36
İran Suriyada tamamilə yerli əhalidən ibarət yeni yaraqlı dəstə yaradır

Gunaz.tv

GünAz TV: İranın Suriyada olan hərbçiləri rəsmi Tehranın regiondakı hərbi fəaliyyətini möhkəmləndirmək üçün bu ölkədə yerli əhalidən ibarət özünə bağlı yeni yaraqlı dəstə yaradır.

 

Suriya müharibəsini yaxından izləyən “Suriya İnsan Hüquqları Mərkəzi”nin bildirdiyinə görə, İran yeni yaraqlı dəstə yaratmaq üçün bu ölkənin hər bir tərəfindən 1200 nəfər toplayıb.

 

Müxtəlif mənbələr bildirirlər ki, bu cür dəstənin yaradılması İranla Suriya arasında 2017-ci ildə imzalanmış razılaşmaların birində nəzərdə tutulub və rəsmi Tehran bu sənədə əsasən yerli əhalinin içərisindən yeni ordu üzvlərini pul müqabilində öz sıralarına daxil edir.

 

Hazırda “Sepah”ın “Qüds Briqadası”ndan əlavə, İran Suriya ərazisində Livan Hizbullahı, Pakistan və Əfqanıstan şiələrindən ibarət silahlı dəstələr və digər bu kimi şiə silahlı qruplaşmalar yerləşdirib.

 

Suriya müxalifətinə məxsus “Zəman-ul-vəsl” adlı ərəbdilli qəzet 2018-ci ilin sonunda müxaliflərin Suriya Müdafiə Nazirliyindən ələ keçirdikləri sənədi yayımlamışdı. Bu sənəddə İranın Suriya ərazisində daha çox müstəqil hərbi əməliyyatlar keçirə bilməsi üçün yeni plandan söhbət gedirdi.

 

“Suriya İnsan Hüquqları Mərkəzi” bildirir ki, bu yeni yaraqlı dəstə İranın son illər ərzində Suriyada və digər ölkələrdə yaratdığı dəstələrdən öz funksiya və öhdəliklərinə görə fərqlənir və o, tamamilə yerli əhalidən və Suriyada doğulmuş şəxslərdən təşkil olunub.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar