SON XƏBƏRLƏR

İran Suriyada yeni baza tikib- FOTO

2021.10.20, 07:36
İran Suriyada yeni baza tikib- FOTO

Gunaz.tv

GünAz TV: “Fox News” telekanalı İranın Suriyada yeni baza tikdiyi və minlərlə döyüşçüsünü orada yerləşdirməyi planlaşdırdığı barədə məlumat yayıb.

 

Xüsusi xidmət orqanlarına istinadən hazırlanan məlumata əsasən, Suriya ilə İraqın sərhəddində yeləşən və “İmam Əli Mərkəzi” adlanan hərbi bazada “Sepah” terror təşkilatının “Qüds Briqadası” tərəfindən son tamamlama işləri həyata keçirilir.

 

Telekanal özü də sivil peykdən istifadə etməklə, sözügedən bazadan fotolar çəkib. Həmin görüntülərdə bazanın tikintisinin hazırda tamamlanma mərhələsində olduğu müşahidə olunur.

 

 

Baza Amerikanın Suriyada yerləşən hərbi bazalarından birindən 300 mil kənarda tikilib. Hələlik məlumat heç bir tərəfdən rəsmi qaydada təsdiqlənməyib.

 

Qeyd etmək lazımdır ki, İran 2011-ci ildə Suriya münaqişəsi başlayan zamandan Bəşər Əsəd rejiminin öz hakimiyyətini qoruyub saxlamasına kömək etmək üçün bu ölkəyə hərbçilər və şiə yaraqlılar göndərib. Müxtəlif beynəlxalq təşkilatlar rəsmi Tehranın hər il Suriya müharibəsinə 20 milyard dollara qədər vəsait xərclədiyini bildirirlər. Hazırda ölkənin ağır iqtisadi durumda olmasına və əhalinin maddi durumunun daha da kəskinləşməsinə baxmayaraq, İran hələ də Bəşər Əsəd rejiminə, eləcə də regionda fəaliyyət göstərən terror təşkilatlarına maddi və hərbi yardım göstərir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar