Təhlükəsizlik və panfarsist dairələrin nəzarətində olan "azariha" "köhnə peşə"sini davam etdirir.
Gunaz.tv
İran hökumətinin təhlükəsizlik qüvvələrinin nəzarəti altında fəaliyyət göstərən, panfarsist yönümlü “azəriha” saytı, "Qətər modeli" bu dəfə Bakı Respublikasında – “Türkiyə Cumhuriyyəti bölgəni necə udur?” başlıqlı yazıda Azərbaycan Respublikasına qarşı ənənəvi ittihamları dərc edib.
Saytda dərc olunan yazıda Azərbaycan Respublikası yerinə “Bakı Respublikası” yazılaraq, “Azərbaycanın Qarabağı azad etməkdə maraqsız olduğunu, bunu Türkiyənin təhriki və diktəsi ilə etdiyi” fikri irəli sürülür.
Yazıda İranla soyuq münasibətləri olan Körfəz ölkəsi “Qətər”la Azərbaycan Respublikası müqayisə edilərək hər iki ölkənin Türkiyə Cumhuriyyətinin əlaltısı olduğu vurğulanır.
Yazıda Türkiyə ilə Azərbaycanın müttəfiqliyi İran üçün ciddi təhlükə mənbəyi kimi göstərilərək deyilir: “Qətər nümunəsi artıq Bakı Respublikasında qüvvədədir”.
Qeyd edək ki, bir çox sahələrdə inkişaf etmış Qətər dövlətinə qarşı İran hökuməti daima düşmən münasibəti bəsləyib. İranın idelogi təbliqatında davamlı olaraq düşmən ölkələr siyahısında adı çəkilən Qətər, Türkiyə Cumhuriyyətinin Orta Doğuda ən yaxın tərəfdaşlarındandır. Bu isə tehran hökumətinin bu kiçik körfəz ölkəsinə qarşı aqressiyasının dahada artmasına səbəb olub.
C.E