SON XƏBƏRLƏR

İran Teleradiosu “Heyran gədiyi”ni “Gilan heyranı” adlandırıb

2021.10.20, 07:36
İran Teleradiosu “Heyran gədiyi”ni “Gilan heyranı” adlandırıb

Gunaz.tv

GünAz TV: “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlər müxtəlif vasitələrlə davam etdirilir.

 

İran Teleradio Şirkətinin 3-cü telekanalda yayımladığı bir sənədli filmdə “Heyran gədiyi”, “Gilan heyranı” kimi təqdim olunub. Bu, aprelin 26-da yayımlanan antiazərbaycan sənədli filminin altyazısında “Gilan Əyaləti, Heyran” yazısı kimi qeyd olunub.

 

Teleradio Şirkətinin sözügedən təhrifə yol verməsi sosial şəbəkələrdə azərbaycanlıların kəskin etirazına səbəb olub. Lakin azərbaycanlı deputatlar, o cümlədən Ərdəbildən parlamentə seçilən millət vəkilləri bu günə qədər baş verən hadisəyə görə İran Teleradiosuna etiraz bildirməyiblər.

 

Bundan öncə Gilan Əyalətinin “Ba`ran” kanalı da oxşar təhrifə yol verərək “Heyran gədiyi”nin Gilan Əyalətinə aid olduğunu göstərən məlumat yaymışdır.

 

İranda uzun müddətdir ki, “Heyran gədiyi”ni Ərdəbildən ayırıb Gilana birləşdirməklə bağlı plan üzərində işlənilir. İran rəsmiləri, xüsusi ilə də Gilan rəhbərliyi vaxtaşırı bu məsələni gündəmə gətirir. Onların əsassız iddiaları ölkənin kütləvi informasiya vasitələri tərəfindən də dəstəklənir. Hələlik azərbaycanlılar, xüsusi ilə də Milli Hərəkat fəallarının dirəniş göstərməsi nəticəsində sözügedən planın həyata keçirilməsi müvəqqəti də olsa dayandırılıb.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar