SON XƏBƏRLƏR

İran televiziyasının aparıcıları “Qarabağ” komandasını lağa qoydu! – VİDEO

2021.10.20, 07:36
İran televiziyasının aparıcıları “Qarabağ” komandasını lağa qoydu! – VİDEO

Gunaz.tv

GünAz TV: Dağlıq Qarabağı işğal edənlərə yardım göstərənlər bu dəfə “Qarabağ” adı daşıyan komandanı lağa qoyublar.

 

Hadisə oktyabrın 3-də “İdman raportu” (Quzariş vərzeşi) televiziya verilişində baş verib.

 

Videoda göründüyü kimi, iki aparıcı “Qarabağ” komandasının adı və Azərbaycandan bir komandanın Avropa Liqasında iştirak etməsinə gülür.

 

Məhəmmədrza Əhmədi ““Arsenal” cümə axşamı günü “Qarabağ”la oynayacaq” deyərək gülür. Digər aparıcı Rza Cavdani isə ““Arsenal” hara ilə oynayacaq” deyərək söhbətə qatılır.

 

“Qarabağ” komandası ilə bağlı bir neçə cümlə danışan iki aparıcı canlı verilişdə Azərbaycana qarşı nifrətlərini bu şəkildə nümayiş etdiriblər.

 

Hiss olunur ki, aparıcılar “Qarabağ” komandası və onun təmsil etdiyi ölkəni zəif göstərmək məqsədi ilə gülür.

 

Azərbaycanın “Qarabağ” komandası ötən il də Avropa Liqası Yarışlarına qatılıb, bu məsələ ötən il də fars irqçilərini narahat etmişdir.

 

Video:

https://www.youtube.com/watch?time_continue=1&v=DCoku7CNJuM

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar