İran televiziyasının Azərbaycan qadağasına etirazlar böyüyür

2021-04-14 10:15

İran televiziyasında Azərbaycan adının təhrif olunmasına etirazlar genişlənir. 

Gunaz.tv Quote | Gunaz article

Güney azərbaycanlı sosial şəbəkə istifadəçiləri İran televiziyasının bu addımını mərkəzi hökumətin Azərbaycana qarşı düşmənliyi kimi qiymətləndiriblər.

İran dövlət televiziyasının birinci kanalında verilişlərdən birinin sonunda Şərqi Azərbaycan əyalətinin adının “Təbriz əyaləti” kimi verilməsi dünəndən başlayaraq güneyli sosial şəbəkə istifadəçilərinin və Güney Azərbaycanın yerli mətbuatının etirazları ilə qarşılanıb. 

“Telegram”, “instagram”, “facebook” və “twitter” sosial şəbəkələri istifadəçiləri bunu hakimiyyətin və hakimiyyəti idarə edən siyasi fars şovinistlərinin Azərbaycan adına qarşı qərəzi  və düşmənçiliyi kimi dəyərləndiriblər.

Onlar “twitter”də “Tehran Azərbaycanın qəlbidir (mərkəzi)” həştəgi ilə bu şəhərin çox milyonluq türk əhalisinin olmasını xatırladıb, İran televiziyasının hərəkətini Azərbaycan türklərinə təhqir adlandırıb və baş verəcək hadisələrlə bağlı hökumətə xəbərdarlıq ediblər.

Bununla yanaşı Güney Azərbaycanın bir sıra yerli mətbuat orqanları, o cümlədən Təbrizin “azaranjoman” xəbər saytı özünün “telegram” kanalında bunu “Birinci kanalın "şah əsəri", Şərqi Azərbaycan adının silinməsi” başlığı ilə yayınlayıb.

 

Qeyd edək ki, bəzi ekspertlər İran televiziyasının birinci kanalının bu hərəkətini İran hökumətinin "Azərbaycan" adının Güney Azərbaycan əyalətlərinin üzərindən götürülməsi istiqamətində atdığı məqsədli addım hesab edirlər. Hesab edilir ki, rəsmi Tehranın bu addımı əhalinin reaksiyasını yoxlamağa hesablanmış hərəkətdir.
 
C.E

  

 

 

 

Açıklama yok.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15