İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05 13:45

İranın dövlət televiziyalarında fars şovinizminin təbliği davam etdirilir. 

Gunaz.tv Quote | Gunaz article

İranın rəsmi televiziya kanalında yayılan verilişdə müəllim uşaqlara ölkədə yalnız fars dilinin mövcud olduğunu təlqin edir.

“Səhv etməyin, elə bilməyin ki ölkənin müxtəlif bölgələrində fərqli dillərdə danışılır. Onlar dil deyil. Yerli ləhcələrdir. İranda yalnız bir dil mövcuddur, o da fars dilidir”-deyə, canlı verilişdə danışan müəllim məktəblilərə belə deyib. 

O, İranda başqa dillərin olduğunu inkar edib.

Qeyd edək ki, İran təhsil sistemində bu tip çıxışlar və təbliğat adi hala çevrilib. Bu cür irqçi təbliğat ibtidai siniflərdən universitet səviyyəsinə qədər aparılır. Hazırda dərslərin onlayn keçirilməsi bu cür irqçi təbliğatı daha çılpaqlığı ilə üzə çıxarır. 

Aprelin 24-də fars dili və ədəbiyyatı müəllimi, məktəb dərsliklərinin müəlliflərindən biri, İran məktəb dərsliklərinin planlaşdırma şurasının üzvü və televiziya verilişləri üzrə mütəxəssis Höccət Kəcani Hisari Azərbaycanın dahi şairi Məhəmməd Fzulini ironik tərzdə “Füzuli Saib Təbrizinin farsca şeirlərini oğurlayaraq türkcəyə çevirib öz adına çıxıb"-deyə, təhqir etmişdi.

Verilişin yayınlanmasından sonra azərbaycanlıların müxtəlif təbəqələrindən olan insanların geniş etirazları nəticəsində Höccət Kəcayi Hisari eyni verilişdə çıxış edərək azərbaycanlılardan üzr istəməyə məcbur oldu.

Ondan bir ay öncə İranın dövlət televiziyasında danışan tarix müəllimi türkləri “səhrada yaşayan” və mühacir adlandıraraq məktəblilərə türklərin iranlı olmadıqlarını, bölgəyə sonradan yerləşdiklərini bildirmişdi.

Bu, İran hakimiyyətinin ən üst qatlarında, təhsil nazirliyində vacib vəzifələr tutan irqçı və panfarsist qüvvələrin Azərbaycan türklərinə qarşı münasibətinin bariz nümunəsidir.

Aprel ayının 28-də İranın məşhur generalı, İran İslam Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının 2020-ci ilin yanvarında İraqda öldürülən komandiri Qasım Süleymaninin İran tarixi ilə bağlı videoda o, son 700 ildə, İranın qeyri-iranlılar (qeyri-farslar) tərəfindən idarə edildiyini vurğulayıb.

“İranın son 700 il dövrü qeyri-iranlı hakimlərin dövrüdür. Müxtəlif dövrlərdə müxtəlif yerlərdən gəldilər və bu ölkəyə hakimlik etdilər. Səlcuqlular və başqaları...”-deyə, Süleymani bildirib.

Süleymani çıxışında 1979-cu il inqilabını "yalnız islamın nicatı üçün deyil həmdə İranın nicatı üçün edildiyini" deyib.

Qeyd edək ki, 642-ci ildə Sasani sülaləsi yıxıldıqdan sonra 1925-ci ilə qədər İran adlanan ərazilərdə qurulmuş dövlətləri türklər idarə edib.

C.E

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15