SON XƏBƏRLƏR

İran təyyarəni vurmasına görə azı 100- 150 milyon dollar arası kompensasiya ödəməli olacaq

2021.10.20, 07:36
İran təyyarəni vurmasına görə azı 100- 150 milyon dollar arası kompensasiya ödəməli olacaq

Gunaz.tv

GünAz TV: İran Mərkəzi Sığorta Şirkətinin müdir müavini Qulaməli Cahangiri rəsmi Tehranın təyyarənin vurulmasına görə zərər çəkənləri azı 100- 150 milyon dollar arası kompensasiya ödəməli olacağını deyib.

 

Onun sözlərinə görə, bu məbləğ ilkin araşdırmaların təxminidir və iki ölkənin əldə etdiyi razılaşmaya əsasən, İran 100- 150 milyon dollar civarında Ukraynaya təzminat ödəməli olacaq.

 

Cahangiri qeyd edib ki, təzminatın böyük hissəsi, yəni təqribən 70 milyon dollar təyyarəyə görə ödəniləcək, qalan hissə isə qurbanların ailələrinə təqdim ediləcək.

 

İranın sabiq Yol və Şəhərin İnkişafı naziri Məhəmməd Xürrəm isə məsələ ilə əlaqəli yerli media orqanlarına bildirib ki, təyyarənin vurulması İrana baha başa gələcək və beynəlxalq aviaşirkətlər arasında yenidən etibar qazanması uzun illər alacaq.

 

O, həmçinin İran Mülki Aviasiya Təşkilatı sədri Əli Abidzadənin ilk günlərdən Ukrayna təyyarəsinin vurulmasını anlamadığına inanmadığını deyib.

 

“Mülki Aviasiya Təşkilatı hadisənin baş verdiyi ərazidə 10 dəqiqə axtarış aparmaqla, təyyarənin vurulub-vurulmadığını müəyyən edə bilərdi”, - deyə Məhəmməd Xürrəm vurğulayıb.

 

Sabiq nazir sonda bildirib ki, İran müxtəlif təyyarələr, eləcə də Boeing üçün mühərrik istehsal edən Fransaya da nüfuzuna xələl vurduğu və səhmlərinin aşağı düşməsinə səbəb olduğuna görə kompensasiya ödəməli olacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar