SON XƏBƏRLƏR

İran Ticarət Palatası: "İqtisadi vəziyyətimiz onsuzda çox ağır olduğundan, FATF-ın qara siyahısına düşmək elə də böyük dəyişikliyə səbəb olmayacaq"

2021.10.20, 07:36
İran Ticarət Palatası: "İqtisadi vəziyyətimiz onsuzda çox ağır olduğundan, FATF-ın qara siyahısına düşmək elə də böyük dəyişikliyə səbəb olmayacaq"

Gunaz.tv

GünAz TV: İran Ticarət Palatasının üzvü Həsən Firuzanfər ölkəsinin yenidən FATF-ın qara siyahısına salınmasına münasibət bildirib.

 

O qeyd edib ki, onsuzda sanksiyalar səbəbindən xarici banklar və şirkətlər İranla əməkdaşlıq etmirlər. Buna görə də, hazırda ağır vəziyyətdə olan İran iqtisadiyyatına FATF-ın qara siyahısına düşmək çox böyük təsirlər göstərməyəcək.

 

"O qədər ağır və çıxılmaz vəziyyətdəyik ki, FATF-ın qara siyahısına düşmək dünya ilə əməkdaşlığımızda elə bir dəyişiklik yaratmayacaq", - deyə Həsən Firuzanfər əlavə edib.

 

Firuzanfər həmçinin bildirib ki, qara siyahıya düşməklə ölkənin dünya ilə bütün ticari münasibətləri kəsilib və bu da öz növbəsində iranlı iş adamlarının ticari fəaliyyət dairəsini daraldıb. O, hətta Çinin "Kunlun" bankının da İranla əməkdaşlığa xitam verdiyini deyib.

 

Xatırladaq ki, Maliyyə Hesabatları üzrə Xüsusi İşçi Qrupu- FATF fevralın 21-də İranı yenidən öz qara siyahısına salıb.

 

Qlobal səviyyədə çirkli pulların yuyulması ilə mübarizə aparan qurum olan FATF İrana maliyyə sistemini şəffaflaşdıraraq, öz standartları ilə uyğunlaşdırmaq üçün dəfələrlə möhlət hüququ vermişdi. İşçi Qrupu İranı Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Konvensiyalara qoşulmağa çağırır. İranın Ali Məsləhət Şurası 1 il bundan qabaqdan sözügedən konvensiyaların qəbulu ətrafında araşdırmalar aparmağa başlasa da, bu günə qədər bu xüsusda yekun qərar qəbul edə bilməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar