SON XƏBƏRLƏR

İRAN UZAQMƏNZİLLİ RAKET SINAĞI KEÇİRDİ.ABŞ Tehranın hərbi manevrlərdən narahatdır

2021.10.20, 07:36
İRAN UZAQMƏNZİLLİ RAKET SINAĞI KEÇİRDİ.ABŞ Tehranın hərbi manevrlərdən narahatdır

Gunaz.tv
İRAN UZAQMƏNZİLLİ RAKET SINAĞI KEÇİRDİ ABŞ Tehranın hərbi manevrlərdən narahatdır 480.jpg İran bu gün səhər “Şahab-3" raketlərinin yeni versiyası adlandırdığı uzaqmənzilli raketi sınaqdan keçirib. Dövlət mediası bildirib ki, bu raket onun regiondakı əsas düşməni İsraili vurmağa qadirdir. 2000 kilometr hədəf alan raket səhrada sınaqdan keçirilib. Bu sinağın İnqilab Keşikçiləri Korpusunun bir gün əvvəl başlayan irimiqyaslı hərbi manevrlər çərçivəsində keçirildiyi bildirilir. İran ”Şahab-3" raketlərini əvvəllər də sınaqdan keçirib. Ancaq son sınaq İranla ABŞ və İsrail arasında ölkənin nüvə proqramına dair gərginliyin artdığı bir vaxta təsadüf edir. ABŞ raket sınağını pisləyib və Tehranı növbəti belə sınaqlardan çəkinməyə çağırıb. Ağ Ev sözçüsü Qordon Condrou bildirib ki, İran dünyanın etibarını qazanmaq istəyirsə, bir daha belə sınaqlar həyata keçirməməlidir. Dünən Bolqarıstanda qısamüddətli səfərdə olan dövlət katibi Kondoliza Rays isə bildirib ki, bu sınaq İran təhlükəsi haqda narahatlıqların əsassız olmadığını göstərir. Onun sözlərinə görə, İran getdikcə daha uzaqmənzilli raketlər əldə edir: “İran təhlükəsinə qarşı Rusiya ABŞ-la birlikdə işləməlidir, çünki bu raketlərin mənzilinin Rusiyaya qədər uzanacağı qaçılmazdır”. Son vaxtlara qədər Tehranla birbaşa danışıqların tərəfdarı kimi çıxış edən prezidentliyə demokrat namizəd Barak Obama isə bəyan edib ki, Tehran böyük təhdid təşkil edir. Obama İranın eyni vaxtda 9 raket sınağı keçirməsinə münasibət bildirərək deyib ki, bu ölkəyə daha sərt sanksiyalar tətbiq edilməlidir. Bildirilir ki, İranın sınaqdan keçirdiyi raketlər İsraili və ABŞ-ın bölgədəki bazalarını vurmaq iqtidarındadır. Bu ərəfədə ABŞ İran körfəzindəki “Avraham Linkoln” təyyarədaşıyan gəmisini Ərəb dənizi sularına doğru geri çəkdiyini açıqlayıb. Pentaqondan verilən məlumata görə, bu qərarı hərbi dəniz qüvvələrinin mərkəz komandanlığı qəbul edib. Qərarın İranın körfəzdə başlatdığı manevrlərlə bağlı olub-olmadığı bilinmir. Bundan əvvəl İran İsrailin mümkün hücumuna cavab olaraq ABŞ-ın körfəzdəki gəmilərinin cavab zərbələrinin hədəfi olacağını bəyan etmişdi. Digər məlumata görə, ABŞ hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar bəzi İran şirkətlərinə və fiziki şəxslərə qarşıdır. Onlara məxsus bütün bank hesabları dondurulur və Amerika şirkətləri ilə hər hansı təmasları qadağan edilir. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar