SON XƏBƏRLƏR

İran Varşava konfransına dəvət edilə bilər

2021.10.20, 07:36
İran Varşava konfransına dəvət edilə bilər

Gunaz.tv

GünAz TV: Bu barədə məlumatı “Euronews” agentliyi yayıb.

 

Məlumatda qeyd edilir ki, Polşa prezidenti İran tərəfinin gələn ay bu ölkədə Amerika tərəfindən keçirilməsi planlaşdırılan İranın regionda yürütdüyü dağıdıcı siyasəti və Orta Şərq məsələləri ilə bağlı konfransa dəvət edilmə ehtimalının olduğunu deyib.

 

Bundan əvvəl Polşa xarici işlər naziri isə bir müddət əvvəl İran nümayəndə heyətinin konfransın sakit mühitini öz çıxışları ilə pozmaq ehtimalının olduğuna görə, rəsmi Tehranı bu tədbirə dəvət etməyin nəzərdə tutulmadığını demişdi.

 

Xatırladaq ki, bu ayın əvvəllərində Orta Şərq regionunda səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 11-də “Fox News” agentliyinə verdiyi açıqlamada Tramp hökumətinin gələn ay Varşavada İran mövzusu ilə bağlı beynəlxalq konfrans keçirməyə hazırlaşdığı barədə məlumat vermişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar