Bundan öncə yanvarın 31-də İranın Ənzəli və Noşəhr dəniz limanlarında yüzlərlə rus hərbi maşınının boşaldılması barədə xəbərlər və görüntülər yayılmışdır.
Gunaz.tv
Son iki gün içində Güney Azərbaycandan GünazTV-yə göndərilən foto və videolarda həmin hərbi maşınların Güney Azərbaycandan Nurduz gömrük keçid məntəqəsi vasitəsilə Ermənistana göndərildiyi görünür.
Hərbi maşınların içində yükün olub-olmaması haqda məlumat yoxdur.
Qeyd etmək lazımdır ki, Qarabağda gedən Vətən müharibəsi zamanı İran dayanmadan Ermənistana hərbi logistik dəstək verirdi. Buna etiraz olaraq Güney Azərbaycanın əksər şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilib. Həmin aksiyalar zamanı Tehran hökumətinin təhlükəsizlik qüvvələri 100-dən çox güney azərbaycanlını vəhşicəsinə döyərək həbs edib.
Ermənistanın məğlubiyyətə uğramasından sonra bir çox İran rəsmiləri açıq şəkildə Ermənistana daha geniş dəstək vermək təklifi ilə çıxış ediblər.
C.E