Marağada-Yaxın Şərqin “fosil cənnəti”ndə qazıntılar başlayıb

2021-06-09 11:40

​​​​​​​İran və Orta Şərqin “fosil cənnəti” adlanan Marağa fosil bölgəsində arxeoloji qazıntılar başlayıb. Bu barədə Marağa Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Qulamrza Zare məlumat verib. 

Gunaz.tv Quote | Gunaz article

Onun sözlərinə görə, mahalın Qarakənd kəndində araşdırmalar üçün onurğalı heyvanların 7 ilə 12 milyon illik fosillərinin çıxarılmasına başlanılıb.

Qulamrza Zare yüksək sıxlıqda fosillər olan qazılacaq sahənin 200 kvadrat metrdən çox olduğunu bildirib.

"Bu ərazidəki fosillər, növləri və cinslərini öyrənmək və müəyyənləşdirmək üçün üç ay ərzində Marağa Fosil Araşdırmaları Mərkəzinə köçürüləcəkdir”-deyə, o, bildirib.

Qulamrza Zare qeyd edib ki, son illər bu ərazidə 8 tədqiqat qazıntı işləri aparılıb və 2000-ə yaxın onurğalı heyvan qalığı tapılıb.

Marağa fosil sahəsindəki qazıntılara başlanılması ilə bağlı keçirilən tədbirdə İran Təbii Tarix və Genetik Ehtiyatlar Muzeyinin baş direktoru Məhəmməd Midadi də iştirak edib.

"Marağa fosil bölgəsindəki fosil qazıntıları və araşdırmaları 15 il əvvəl başlamış və bir çox onurğalı heyvan fosili tapılmışdır”-deyə, o, bildirib.

Baş direktor Marağada İran Onurğalı Fosil Tədqiqat Mərkəzinin qurulmasına 15 il əvvəl başlanıldığını deyib. 

Məhəmməd Midadi əyalət rəsmilərinin əməkdaşlığı ilə cari günəş ilinin ilk yarısında Təbrizin “Şahgölü” parkında Təbiət Muzeyinin qurulmasına başlanılacağnı bildirib.

Qeyd edək ki, İran və Orta Şərqin “fosil cənnəti” kimi tanınan Marağa fosil bölgəsi, paleontoloji tədqiqatlar üçün ən vacib mərkəzlərdən biri sayılır.

Yerli və xarici tədqiqatçılar tərəfindən fosil sahəsində araşdırmalar üçün ən əlverişli və əhəmiyyətli yerlərdən biri sayılan bölgənin 7 ilə 12 milyon il arası tarixi olduğu təxmin edilir.
 
Mütəxəssislərin bildirdiyinə görə, Marağa fosil bölgəsində qılınc dişli qaplanlar, qurdlar, ayılar, həmçinin maral və zürafələr, fillər, antiloplar da daxil olmaqla müxtəlif növ ətyeyənlər və pişiklər aşkar edilib.
 
1026 hektar ərazisi olan Marağa fosil sahəsi 2004-cü ildə Səhənd dağı bölgəsinin fosil bölgəsinin tərkib hissəsi olaraq təbii və milli sərvətlər siyahısına salınmasına baxmayaraq elmi və tarixi əhəmiyyətli bölgənin saxlanılması və tədqiqi üçün heç bir vəsait ayrılmayıb.

Bölgənin milli və təbii sərvətlər siyahısına salındığı vaxtlar Marağa “Fosil cənnəti”ndə fosillərin qorunması və araşdırılması üçün Səhra Muzeyi və İran Fosil Tədqiqatları Binasının yaradılmasına söz verilsə də, bu günə kimi bu layihənin reallaşması istiqamətində heç bir addım atılmayıb.
 
Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəsmilərinin dediyinə görə, bu bölgədəki elmi tədqiqatlar və qazıntılar 200 illik bir tarixə malikdir. 

Vərziğan, Şəbistər, Sərəskənd (Həştrud) və Culfa fosil bölgələri ilə birlikdə paleontologiyanın ən vacib mərkəzlərindən və mənbələrindən biri sayılır.
 
Bu ərazidə ümumilikdə 1500 kvadratmetr qazıntı işləri aparılıb, ərazidəki beş fosil sahəsindən 1330 fosil parçası aşkar edilərək müəyyənləşdirilib və 370 detal arxivə göndərilib.

Marağa fosil sahəsi 40 min hektardan çox çox ərazini əhatə etsə də, onun yalnız 1026 hektarı Marağanın milli və təbii fosil abidəsi kimi sənədləşdirilib.

Xatırladaq ki, 1840-cı ildə rus tədqiqatçısı tərəfindən aşkar edilən Marağa fosil bölgəsində səhra muzeyinin və tədqiqatlar binasının yaradılması, fosillətrin qorunub saxlanılması üçün ümumilikdə 7 milyard tümən vəsaitə ehtiyac var.
 
Ancaq on illərdir bu vəsait ayrılmadığı üçün bir sıra nadir fosillər tədqiq olunmaq və saxlanılmaq üçün başqa əyalətlərə, o cümlədən Tehran, Şiraz və İsfahan şəhərlərinə daşınır.

Bir neçə il öncə bölgədən çıxarılan və yaşı 7-8 milyon il arasında təxmin edilən fil qalıqlarının Marağa Ətraf Mühitin Mühafizəsi İdarəsinin binasının həyətindən yoxa çıxması barədə Marağanın icra hakimi Bəhlul Neməti məlumat yayınlamışdı.
 
O, bu qalıqların hər birinin çəkisinin 1.5 ton olduğunu bildirmiş, bunun yalnız qaldırıcı kranlarla daşına biləcəyini, adi oğurluq halı olmadığını demişdi.

Sonradan həmin qalıqların dövlət qurumlarının vasitəsilə başqa fars dilli bölgələrə daşınması ilə bağlı faktlar təsdiqləndi.


 
C.E

فسیل‌های 1500 سالۀ مراغه به ایران بازمی‌گردند - ساسانیان - پژوهشی در تاریخ  ایران باستان

Paleontology دیرینه شناسی

فسیل‌های ۷ میلیون ساله، در انتظار ۷ میلیارد اعتبار - اسکان نيوز

فسیل‌های 12 میلیون سال شگفت‌انگیز مراغه در یک انباری - یاز اکو | یاز اکو

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23

gun az article

İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23

gun az article

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23

gun az article

Təbrizdə özbaşınalıq: Bələdiyyə məmurları yaşlı qadının evini dağıdıb-VİDEO

2021-06-23

gun az article

Qərbi Azərbaycanda zəlzələ baş verib

2021-06-23

gun az article

GünazTV June.22.2021-Özümüz: Türkçülük Qılığında Azerbaycan Düşmənliyi

2021-06-23

gun az article

GünazTV June.22.2021-GÜNDƏM MASASI: İrandakı “seçkilər” və kütlənin siyasi mesajı.

2021-06-22

gun az article

"BBC Persian"dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

2021-06-22

gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22