SON XƏBƏRLƏR

İran Venesuela hökumətinə öz dəstəyini ifadə edib

2021.10.20, 07:36
İran Venesuela hökumətinə öz dəstəyini ifadə edib

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyi rəsmi Tehranın Venesuelada baş verən son hadisələrə münasibətini açıqlayıb.

 

Nazirliyin sözçüsü Bəhram Qasımi ölkəsinin Venesuelada baş verən hadisələrin dövlət və millətin qanuni və sivil yollarla həll etməsini dəstəklədiyini bildirib.

 

O, Amerika Birləşmiş Ştatlarını Venesuelanın “daxili işlərinə qarışmaq” da və bu ölkədə “dövlət çevrilişi” etməyə çalışmaqda ittiham edib: “İran İslam Respublikası Venesuelanın daxili işlərinə qarışmaq, eləcə də dövlət çevrilişinə cəhd və xalqın ziyanına hesablanmış digər qeyri- qanuni addımlara qarşı Venesuela dövləti və xalqını dəstəkləyir”- deyə Qasımi əlavə edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar