GünAz TV: Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran vətəndaşları üçün tətbiq edilmiş viza rejimini ləğv etdiyi barədə məlumat yayılıb.
Viza rejiminin dekabr ayının 1-dən qaldırılacağını gözlənilir. Həmin tarixdən etibarən İran vətəndaşları Naxçıvana 15 gün müddətinə vizasız səfər edə bilərlər.
Lakin İran vətəndaşları Naxçıvandan Azərbaycan Respublikasının digər ərazilərinə getmək istəsələr, bu halda viza almalı olacaqlar.
Ə.A