SON XƏBƏRLƏR

İran vətəndaşları və “RİAD” Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət mütəşşəkkil dəstənin məhkəməsi başlayıb

2021.10.20, 07:36
İran vətəndaşları və “RİAD” Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət mütəşşəkkil dəstənin məhkəməsi başlayıb

Gunaz.tv
İran vətəndaşları və “RİAD” Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət mütəşşəkkil dəstənin məhkəməsi başlayıb mehkeme1.jpg Təqsirləndirilən şəxslər “Həyat” Mebel Mərkəzinin əməkdaşından hədə-qorxu yolu ilə pul tələb eidblər Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İslam Nemanovun sədrliyi ilə quldurluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən İran vətəndaşları və “RİAD” Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət mütəşşəkkli dəstənin məhkəməsi başlayıb. ANS PRESS-in məlumatına görə, Atollah İnnami, Hüseyn Yusifzadə Azərbaycan Cinayət Məcəlləsinin 181.3-cü (mütəşəkkil dəstə tərəfindən quldurluq etmə) və 182.3.2-cü (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), Azər Rəhmov, Əlifağa Hacıyev, Elşən Kərimov, Cavid Hüseynov, Fərhad Lətifov isə CM-nin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq etmə) maddələri ilə ittiham irəli sürülüb. İttiham aktına görə, Ə. İnnami “Həyat” Mebel Mərkəzinin əməkdaşı Tahir İsmayılova 2004-cü ildə 230 min ABŞ dolları dəyərində mal verib. Malın pulu almaq üçün “RİAD” Təhlükəsizlik Xidmətinin əməkdaşlarına müraciət edib. Xidmətin əməkdaşaları bir neçə dəfə 300-500 manat pul alıblar. Sonradan pulu bütöv almaq üçün Bəylər Süleymanova məxsus “Həyat” Mebel Mərkəzinin boşaldılmasına göstəriş veriblər. Dəstə üzvləri ticarət mərkəzinin əməkdaşının şikayəti əsasında Milli Təhlükəsizlik Nazirlyinin əməkdaşları tərəfindən həbs olunublar. Məhkəmədə idafə verən şəxslər verilən ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Proses davam etdirilir. Anar Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar