SON XƏBƏRLƏR

İran vətəndaşlarının Rusiyaya girişi qadağan edilib

2021.10.20, 07:36
İran vətəndaşlarının Rusiyaya girişi qadağan edilib

Gunaz.tv

GünAz TV: Rusiya Federasiyası İrandan bu ölkəyə gələnlərin girişinə qadağa qoyub.

 

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, qərar İranda koronavirusun kəskin yayılması səbəbindən qəbul edilib.

 

Qərar İrandan gələn bütün şəxslərə şamil ediləcək. Artıq nə turistlər, nə də Rusiyada təhsil alan tələbələr və işgüzar səfərə gələnlər bu ölkəyə buraxılmayacaqlar.

 

Rusiya XİN bildirir ki, qərar ölkə vətəndaşlarını sözügedən xəstəlikdən qorumaq və onun Rusiyada yayılmasının qarşısını almaq üçün qəbul edilib.

 

Rusiya həmçinin İran vətəndaşlarına viza verilməsi prosesini də qeyri-müəyyən vaxta qədər dayandırıb.

 

Xatırladaq ki, ötən günə olan statistikalara əsasən, İranda 4747 nəfər koronavirusa yoluxub, 124 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib. Hər ötən gün epidemiya ölkəni daha da cənginə almaqdadır.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar