SON XƏBƏRLƏR

İRAN XARİCİ ƏSGƏRLƏRƏ İNDİDƏN QƏBİR QAZIR

2021.10.20, 07:36
İRAN XARİCİ ƏSGƏRLƏRƏ İNDİDƏN QƏBİR QAZIR

Gunaz.tv
İRAN XARİCİ ƏSGƏRLƏRƏ İNDİDƏN QƏBİR QAZIR mirfeyselbagirzade2.jpg Mir Feysəl Bağırzadə İran Silahlı Qüvvələri Baş Qərargahının itkin əsgərlər komitəsinin rəisi Mir Feysəl Bağırzadə jurnalistlərə açıqlamasında ölkəyə mümkün hərbi hücumda həlak olacaq təcavüzkar xarici əsgərlərə hörmət əlaməti olaraq sərhədyanı şəhərlərdə 15-20 min qəbir qazılacağını deyib. O, şəhərlərin adını çəkməsə də, ümumən 320 min qəbir qazılacağını bildirib. «Media forum» saytının məlumatına görə, Bağırzadə ölkəyə mümkün təcavüzün hansı ölkədən gələ biləcəyinin də üstündən sükutla keçib, ancaq Vyetnam müharibəsində itkin düşmüş xarici əsgərlərə işarə edərək hücumçu tərəfin ABŞ olacağına eyham vurub: «Biz ölkəmizə qarşı mümkün hərbi hücumda həlak olacaq təcavüzkar xarici əsgərlərin ailələrinin narahatlığını azaltmağı indidən düşünürük. Vyetnam müharibəsinin acı təcrübəsinin təkrar olunmamasına çalışırıq. İstəmirik düşmən əsgərlərinin meyiti yerdə qalsın, it-bata düşsün». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar