SON XƏBƏRLƏR

İRAN XARİCİ İŞLƏR NAZİRLİYİNİN SÖZÇÜSÜ NAZİR MÜAVİNİ TƏYİN OLUNDU

2021.10.20, 07:36
İRAN XARİCİ İŞLƏR NAZİRLİYİNİN SÖZÇÜSÜ NAZİR MÜAVİNİ TƏYİN OLUNDU

Gunaz.tv
XARİCİ İŞLƏR NAZİRLİYİNİN SÖZÇÜSÜ NAZİR MÜAVİNİ TƏYİN OLUNDU mehemmedelihuseyni_nazirmuavinioldu1.jpg Məhəmmədəli Hüseyni İran xarici işlər naziri Mənuçehr Mottakinin bu gün imzaladığı sərəncamla XİN sözçüsü Məhəmmədəli Hüseyni nazir müavini vəzifəsinə təyin edilib. «Media forum» saytının məlumatına görə, M.Hüseyni yerinə başqa şəxs təyin edilənə qədər sözçü kimi də fəaliyyət göstərəcək. M.Hüseyni yeni postunda Yaponiyaya səfir göndərilmiş Abbas Əraqçını əvəzləyib. «Media forum» -------------------------------------------------------------------------------- Hərbi doktrina təkmilləşdirilir Sənəddə geosiyasi maraqlar da əksini tapacaq Azərbaycanın hərbi doktrinası müzakirə üçün tam hazır vəziyyətdədir. Bu barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərovun sözlərinə görə, sənəd parlamentin payız sessiyasında qəbul olunacaq: "Parlamentin yaz sessiyasında hərbi doktrinanın qəbul edilməməsinin səbəbi dünyada geosiyasi planda baş verən dəyişikliklərlə bağlıdır. Bu dəyişiklik siyasi, iqtisadi, hərbi və hərbi-siyasi baxımdan müşahidə olunur. Bu səbəbdən qərara alınıb ki, sənəd tamamilə təkmilləşdirilsin. Yəni bütün dünyada, eləcə də regionla gedən prosesləri özündə tam ehtiva etmək baxımından kamil bir sənəd olsun. Bütün bunlara baxmayaraq, sənədi gələn sessiyada qəbul etmək mümkün olacaq". ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar