SON XƏBƏRLƏR

İran xəstəxanalarının birində bir qrup insan iynə vasitəsilə AIDS virusuna yoluxub

2021.10.20, 07:36
İran xəstəxanalarının birində bir qrup insan iynə vasitəsilə AIDS virusuna yoluxub

Gunaz.tv

GünAz TV: İran media orqanlarında Lurdigan rayonunun Çəhar Məhəmmədi kəndinin bir qrup sakini AIDS virusuna yoluxub.

 

Həmin şəxslər bildirirlər ki, onlar rayon xəstəxanasında vurulan iynədən bu virusa yoluxublar. Bununla bağlı ötən gün kənd sakinləri Lurdigan rayon icra hakimiyyəti qarşısında etiraz aksiyası da keçiriblər. Onlar xəstəxana rəhbərliyi tərəfinən şəkər analizi üçün çağırıldıqlarını, lakin analizlər verilən zaman tibb işçilərinin yalnız 1 iynədən istifadə etdiyini deyiblər.

 

Sakinlərin qeyd edilən virusa yoluxması halını İran Səhiyyə Nazirliyi təsdiqləyib. Lakin nazirliyin açıqlamasında bir qrup şəxsin xəstəxanada vurulan iynədən bu virusa yoxulması təkzib edilir.

 

Nazirlik sakinlərin hansı formada AIDS-ə yoluxmaları barədə isə heç bir açıqlama verməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar