SON XƏBƏRLƏR

İran Xəzər dənizinin türk dilində olan tarixi adını dəyişdirmək istəyir

2021.10.20, 07:36
İran Xəzər dənizinin türk dilində olan tarixi adını dəyişdirmək istəyir

Gunaz.tv

GünAz TV: İran Xəritəçəkmə Təşkilatının rəisi Məsud Şəfii Xəzər dənizinin tarixi türkcə adının dəyişdirilməsi ilə bağlı plan üzərində çalışdıqlarını bildirib.

 

O sentyabrın 16-da “İsna” xəbər agentliyinə verdiyi açıqlamada daxili xəritələrdə Xəzərin yerinə Kaspiyən (Caspian, fars dilində belə tələffüz olunur) adından istifadə olunacağını qeyd edib.

 

“Hazırda bu dənizi daxili xəritələrdə “Xəzər”, beynəlxalq səviyyədə isə “Kaspiyən” adı ilə tanıyırıq. Biz daxili xəritələrdə də kökü İran dilindən olan “Kaspiyən” sözündən istifadə edə bilərik”- deyə o bildirib.

 

Məsud Şəfii sözlərinin davamında deyib:  “Ötən il körfəzdən yeni xəritələr təqdim edərək yarım əsrdən sonra ingilis xəritələrini İran xəritələri ilə dəyişdirə bildik. Təbii ki, bu önəmli hadisədə “fars hörfəzi” sözünü də dərc olundu. İndi xaricdə də bu xəritədən istifadə olunur. Bu il isə ümid edirəm ki, Xəzər dənizi ətrafında rus xəritələrindən deyil, İran xəritələrindən istifadə olunacaq. Bizim xəritələrimiz iki məntəqədə təsdiqlənib, digər 5 məntəqə ilə bağlı IHO-nun (International Hydrographic Organization) təsdiqini gözləyirik. Bundan sonra önəmli planı həyata keçirəcəyik.”

 

Tarix boyu Xəzər dənizi ətrafında türk tayfaları yaşayıb və çox sayda güclü dövlətlər qurublar. Bu səbəbdən Xəzər dənizi də daxil olmaqda ətraf ərzilərdə coğrafi adların böyük əksəriyyəti türk dilindədir. Bu dəniz İranda da hər zaman Xəzər dənizi adlanıb, lakin paniranistlər son vaxtlar bu ada qarşı xüsusi mübarizə aparır. Məqsəd türk kimliyi və dilini İran və Azərbaycan tarixindən silməkdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar