SON XƏBƏRLƏR

İran XİN: “Hələ ki, Qasım Süleymaninin öldürülməsinə reaksiya verməmişik”

2021.10.20, 07:36
İran XİN: “Hələ ki, Qasım Süleymaninin öldürülməsinə reaksiya verməmişik”

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ölkəsinin Qasım Süleymaninin öldürülməsinə görə hələ ki, Amerikaya cavab vermədiyini deyib.

 

O, yanvarın 8-də İraqda yerləşən 2 bazanın “Sepah” tərəfindən raket atəşinə tutulmasını veriləcək cavabların yalnız 1 qismi olduğunu bildirib. Sözçü eyni zamanda bu istiqamətdə atılacaq addımların detalları barədə heç bir açıqlama verməyib.

 

Bu gün mətbuat konfransı keçirən Musəvi çıxışını nüvə razılaşması səbəbindən Avropa əleyhinə fikirlərlə davam etdirib. O, həmçinin ölkəsinin Trampın irəli sürdüyü şərtlər əsasında danışıqlar aparmayacağını bəyan edib.

 

Musəvi çıxışında dünya ictimaiyyətini “Sepah”ın vurduğu Ukraynaya məxsus sərnişin təyyarəsi məsələsini şişirtməkdə ittiham edib.

 

“Kanadanın Xarici İşlər Naziri ilə görüş zamanı da İranın ikili vətəndaşlığı qəbul etmədiyi bir daha vurğulanıb. Buna görə də, İslam Respublikası öz vətəndaşlarının ölümü səbəbindən matəmə qərq olan əsas ölkədir. Hadisənin texniki və hüquqi tərəflərinin aydınlaşması üçün müəyyən zamana ehtiyac var və biz bu sahədə lazım olan bütün əməkdaşlıqları yerinə yetirmişik. Bu istiqamətdə bu gün Nəqliyyat və Şəhərsalma nazirimiz Ukraynaya gedib. Bütün ölkələrə təyyarənin vurulması məsələsini siyasiləşdirməməyi tövsiyə edirik”,- deyə sözçü əlavə edib.

 

Musəvi sonda İngiltərənin Tehrandakı səfiri ətrafında baş vermiş qalmaqala toxunub. O, səfirin sərnişin təyyarəsi qurbanlarının anım mərasiminə qatılmasını “həddi aşma” və “şübhəli hərəkət” adlandırmaqla yanaşı, bir daha bu hadisənin baş verdiyi təqdirdə, ölkəsinin daha ciddi addımlar atacağını qeyd edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar