SON XƏBƏRLƏR

“İran Xodrou” şirkətinin daha bir yüksək rəsmisi həbs edilib

2021.10.20, 07:36
“İran Xodrou” şirkətinin daha bir yüksək rəsmisi həbs edilib

Gunaz.tv

GünAz TV: Yerli media orqanları “İran Xodrou” şirkətinin satış üzrə mütəxəssisinin müavini Mustafa Xankərəminin həbs edildiyilə bağlı məlumatlar dərc edilib.

 

Bundan sonra şirkət rəhbərliyinin göstərişilə Möhsün Naqidi Bəradəran onu bu vəzifədə əvəz edib.

 

Qeyd etmək lazımdır ki, “İran Xodrou”nun icraçı direktoru Haşim Yekerazə avqustun 19-da tutduğu vəzifədən uzaqlaşdırılaraq, həbs edilmişdi.

 

Onun maliyyə fırıldaqçılığı və maşınların qiymətlərini süni şəkildə qaldırdığına görə həbs edildiyi bildirilirdi.

 

Bu cinayət işi üzrə İran Milli Məclisinin iki deputatı Firudun Əhmədi və Məhəmməd Əzizi də saxlanmış və daha sonra mülki vəsiqə ilə zaminə buraxılmışdılar.

 

Son aylar ərzində “Saypa” şirkətinin də bir neçə yüksək məsulu oxşar cinayət əməllərinə görə həbs ediliblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar