SON XƏBƏRLƏR

İran Yaponiyanın Amerika sanksiyalarının azaldılması üçün vasitəçilik etməyini istəyir

2021.10.20, 07:36
İran Yaponiyanın Amerika sanksiyalarının azaldılması üçün vasitəçilik etməyini istəyir

Gunaz.tv

GünAz TV: İran Yaponiyadan Amerika Birləşmiş Ştatlarının rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyaları azaltmaq istiqamətində vasitəçilik etməsini istəyib.

 

Bu barədə “Reuters” agentliyinə danışan adının açıqlanmasını istəməyən iranlı rəsmi bildirib ki, bu istək dünən prezident Həsən Ruhani ilə Yaponiya Baş Naziri Şinzo Abe arasında keçirilmiş görüş zamanı da səsləndirilib.

 

Rəsmi Tehran xüsusilə ya Amerikanın İranın neft ixracatına qarşı qoyulmuş sanksiyaların ləğv edilməsini, ya da sanksiyalarda nəzərdə tutulmuş istisna ölkələrinə verilmiş möhlət hüququnun uzadılmasını istəyir.

 

Qeyd etmək lazımdır ki, ABŞ İranın neft ixracatına qarşı qəbul etdiyi embarqolarda istisna kimi nəzərdə tutulan 8 ölkəyə tanıdığı möhlət hüququn may ayının 2-dən etibarən uzatmayıb. Bununla da İranın neft ixracatını sıfıra endirmək istiqamətində maksimum təzyiq siyasəti tətbiq edilib. ABŞ bildirir ki, bu addımlarla rəsmi Tehranın öz rəftarlarını dəyişməsinə nail olmaq istəyir.

 

Yaponiyanın Baş Naziri Şinzo Abenin iyunun 12-də İrana etdiyi rəsmi səfərin məqsədinin rəsmi Vaşinqtonla Tehran arasındakı gərginliyi azaltmaq olduğu bildirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar