SON XƏBƏRLƏR

İran yenə də yeni raketlər sınaqdan keçirir

2021.10.20, 07:36
İran yenə də yeni raketlər sınaqdan keçirir

Gunaz.tv
İran yenə də yeni raketlər sınaqdan keçirir «Hut» raketinə cəmi iki ölkə malikdir Fransa şirkəti buna görə İranın qaz sənayesinə kapital qoyuluşundan imtina edib Dünən İran İnqilab Keşikçiləri Korpusu («Sepah») İran körfəzində yeni raketlər sınaqdan keçirib. İyulun 9-da «Pəyambər-i Əzəm» adlı hərbi təlimlərdə «Şahab-3» raketinin sınaqdan keçirilməsinin ardınca «Sepah» yer-dəniz, yer-yer və dəniz-hava raketlərini sınayıb. «Mediaforum» saytının məlumatına görə, İran Dövlət Televiziyası sınaqdan keçirilən raketlərdən birinin «Hut» raketi olduğunu bildirib. Məlumatda vurğulanıb ki, «Hut» raketinin texnologiyasına yalnız İran və başqa bir ölkə malikdir. Həmin ölkənin adı çəkilməyib. «Sepah» komandanları jurnalistlərə açıqlamalarında bildiriblər ki, yeni raketlərin əsas özəlliklərindən biri onlardan istənilən iqlim şəraitində və istənilən vaxtda istifadə imkanıdır. Bu sınaqlardan sonra Fransanın «Total» şirkətinin baş direktori Kristof de Marjeri «Financial Times» qəzetinə açıqlamasında İranın qaz sənayesinə kapital qoyuluşundan imtina ediləcəyini bildirib. «Mediaforum» yazır ki, qəzetin 10 iyul sayında dərc olunmuş açıqlamada «Total»ın rəhbəri İrana kapital yatırmağın çox böyük siyasi risk sayıldığını deyib: «Bu gün İranda çalışmaq böyük siyasi riskdir. Çünki xalq fikirləşəcək ki, «Total» pul üçün hər şeyə hazırdır». «Financial Times» «Total»ın bu qərarının Vaşinqton üçün böyük qələbə olduğunu qeyd edib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar