SON XƏBƏRLƏR

İran yenidən silkələndi. Tehranda və Kərəcdə 4,2 bal gücündə zəlzələ baş verib

2021.10.20, 07:36
İran yenidən silkələndi. Tehranda və Kərəcdə 4,2 bal gücündə zəlzələ baş verib

Gunaz.tv

GünAzTV: Dekabrın 26-dan 27-nə keçən gecə yerli vaxtla saat 00.54 dəqiqə radələrində Tehranda və Kərəcdə Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.

 

İran mənbələrinin bildirdiyinə görə, zəlzələnin ocağı, Tehranın Əlbürz əyalətinin sərhəddinə yaxın Melard bölgəsində, yerin 12 km dərinliyində yerləşib. Yayılan ilkin məlumatlara görə, zəlzələ nəticəsində Melard şəhərində ən azı dörd nəfər, Kərəcdə isə 46 nəfər mənzillərini tələsik tərk edərkən bədən xəsarəti alıb. Zəlzələ həmçinin Şəhriyar, İslamşəhr və Robat Kərim şəhərlərində də hiss olunub. Bildirilir ki, ciddi dağıntılara səbəb olmayan zəlzələ nəticəsində  İslamşəhr, Çahardangə, Baharistan və Robat Kərim məntəqələrindəki məktəblər bu gün tətil elan edilib.

 

Tehran ostandarı zəlzələ nəticəsində təşvişə düşən vətəndaşlara müraciət edərək onları nigaran olmamağa, təbii fəlakət baş verdiyi zaman özlərini ələ almağa, tələskənliyə yol verməməyə və avtomobi sürərkən soyuqanlı yol və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

 

Ötən həftə Tehranda baş verən 5,2 bal gücündəki zəlzələnin yeraltı təkanlarının davamı kimi qiymətləndirilən yeni zəlzələ əhalinin qorxusuna səbəb olub və insanların çoxu mənzillərini tərk edərək gecəni küçələrdə keçirmək məcburiyyətində qalıblar.

 

 

Xatırladaq ki, dekabrın 20-si yerli vaxtla axşam saat 11:27 radələrində Tehranda Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələnin episentri, Tehran və Əlbürz əyalətlərinin sərhəddində, Melard şəhəri yaxınlığında, yerin 7 km dərinliyində qeydə alınmışdı. İranın Qum, Qəzvin, Gilan və Mərkəzi əyalətlərində hiss olunan zəlzələ nəticəsində ən azı 20 nəfər bədən xəsarəti almış, hamilə bir qadın və 10 yaşlı bir qız uşağı həyatını itirmişdi.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar