SON XƏBƏRLƏR

İrana qarşı kim daha sərt mövqedə olsa, yəhudilər ona səs verəcək_OBAMA VƏ MAKKEYN YƏHUDİLƏRİN SƏSİ UĞRUNDA MÜBARİZƏYƏ GİRİŞİB

2021.10.20, 07:36
İrana qarşı kim daha sərt mövqedə olsa, yəhudilər ona səs verəcək_OBAMA VƏ MAKKEYN YƏHUDİLƏRİN SƏSİ UĞRUNDA MÜBARİZƏYƏ GİRİŞİB

Gunaz.tv
OBAMA VƏ MAKKEYN YƏHUDİLƏRİN SƏSİ UĞRUNDA MÜBARİZƏYƏ GİRİŞİB İrana qarşı kim daha sərt mövqedə olsa, yəhudilər ona səs verəcək 879.jpg Amerikada prezidentliyə namizədlər ölkədəki yəhudi icmasının səslərini ala bilmək üçün həlledici mübarizəyə girişiblər. Müxtəlif hesablamalara görə, yəhudilər Amerika əhalisinin 2.5 faizini təşkil edir, onların sayı 7 milyondan çoxdur. Bugünədək yəhudilərin kimə səs vermək haqda qərarları yoxdur. Onların səslərini qazanmaq üçün prezidentliyə demokrat namizəd Barak Obama dünən Yerusəlimə gedib. Respublikaçı namizəd Con Makkeyn isə Obamanın səfərindən əvvəl İsrail televiziyasına müsahibə verib. Bildirilir ki, namizədlərdən hansı İrana qarşı daha sərt mövqedə olsa yəhudilərin ona səs vermək ehtimalı daha çox olacaq. Hələlik hər iki namizəd İranı hədələyir. Makkeyn bildirib ki, İrana qarşı tətbiq ediləcək sanksiyalar bu ölkənin İsrailə qarşı mümkün hücumunun qarşısını almalıdır. Bununla belə, Makkeyn İrana qarşı hərbi əməliyyatlardan başqa variantların da olduğunu və onlardan yetərincə istifadə edilmədiyini deyib. Namizəd deyib ki, Yaxın Şərqdə hadisələrin necə inkişaf edəcəyindən asılı olmayaraq ABŞ İrana yəhudi dövlətini məhv etməyə imkan verməyəcək. Barak Obama da İrana qarşı sanksiyaların tərəfdarıdır. Lakin o, problemin hərbi yolla həllinə tərəfdar olmadığını deyir. Bununla belə, Obama da vəd edir ki, prezident olsa İrana İsraili məhv etməyə heç vaxt imkan verməyəcək. “Gallup” şirkətinin araşdırmalarına görə, Amerika yəhudilərinin səslərini qazanmaq üçün Obamanın şansı daha çoxdur. Onu yəhudilərin 60 faizi dəstəkləyir, Makkeynə isə 30 faiz amerikalı yəhudi səs verməyə hazırdır. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar