SON XƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalar.Dr. Nara Əzizoğlu

2021.10.20, 07:36
İrana qarşı yeni sanksiyalar.Dr. Nara Əzizoğlu

Gunaz.tv
Dr. Nara Əzizoğlu [email protected]/* */ yazar_4mkkqvjx.jpg İrana qarşı yeni sanksiyalar Zaman keçdikcə, İranın nüvə proqramı çibanı şişib-qızarır, lakin deşilmək bilmir. Qərb İrana öz elçisi ağsaqqal Xaviyer Solana vasitəsilə təkliflər paketini göndərsə də, gəlin «hən» sözünü deməyə tələsmir. Qorxuram, bizim bu gəlinin toy şirnisi və bal ayı Ramazan ayına təsadüf etsin. Avro kommiser Xaviyer Solana cəzb edici pişkeşlər və təkliflər zərfilə Tehrana səfər edib. Hökümət bu təklifləri rədd etsə də, İranın spikeri bu məsləni parlamentdə müzakirəyə çıxaracağını bildirib. Problem bununla bitmir. Suriya, Hamas və Livan ciddi şəkildə İsraillə müzakirəyə keçib və İsrail də yeri gəlmişkən onlara çox maraqlı təkliflər verib. Jolan təpələrini Suriyaya qaytarır, Lİvan əsirlərini azad edir və Qəzzənin mühasirəsinə son qoyur. Dünənədək bizim gəlinin qapısında yanıqlı qəzəllər deyib, sinəsindən ah çəkib, alov puskurən Suriya, Hamas və Hizbullah kimi aşiqlər, «Aldanma ki şair sözü əlbəttə yalandır»-deyə, məşuqədən üz çeviriblər. Hamas elçilərini Misirə göndərib, Suriya isə Türkiyəyə. ABŞ Prezidenti Corc Buş və Britaniyanın baş naziri Gordon Braun Londonda iki günlük görüş keçiriblər. Görüş çərçivəsində hər iki dövlət rəhbərləri İranın nüvə problemini və Əfqanıstandan qoşunun sayının artırılması barədə danışıqlar aparıb. Onlar bildiriblər ki, BMT İran və Əfqanıstana dair daha sərt ölçülər götürməlidir. İngiltərə İranın ən böyük bankı Milli Bank ilə mülki münasibətlərini donduracağını bildirdi .İyunun 16-da keçirilən mətbuat konfransında Prezident Buş İran xalqına birbaşa müraciət edərək bildirib ki, rəsmi Tehranın nüvə fəaliyyəti ilə bağlı qətnamələri rədd etməsi İranı daha çox digər ölkələrdən təcrid edəcəyini vurğulayıb. Britaniya bu gün Avropa ölkələrini İrana qarşı sanksiya qəbul etməyə çağırıb . Xüsusilə, İranin Milli Bankına tədbiq olunacaq sanksiyalardan əlavə, Gordon Braun bundan sonrakı sanksiyaların neft və qaz sahələrinə tədbiq olunacağını bildirdi. İranın nüvə probleminin Yaxın Şərqdə və bütöv dünyada stabilliyi pozduğuna inanan Cənab Braun Britaniyanın bu problemlə bağlı dialoq yaratmaq üçün əlindən gələni edəcəyini bildirsə də, «İran yenidən BMT-nin qətnamələrinə və əməkdaşlıq təkliflərimizə əhəmiyyət verməsə, bizim İrana qarşı sanksiyaları gücləndirməkdən başqa seçim yolumuz yoxdur» deyə, o əlavə edib. Belə bir vəziyyətdə, gəlinimizin evdə qalıb, turşusunu istehsal etməyin nə mənası olduğunu mən bilmirəm. İrana həqiqətən də maraqlı təkliflər olunub, buna rədd cavabı verməyin, xüsusilə də, ölkənin iqtisadiyyatının iflic halına yaxınlaşdığı bir halda yalnız bir mənası ola bilər:«İran hakmiyyəti xaricdən deyil, daxildəki müxalif millətdən qorxur». Yəni ABŞ yaxud hansısa xarici bir qüvvənin molla hakimiyyətini devirmək ehtimalı çox azdır. Əslində, İranda geniş şəkildə narazılıqlar var və bu narazılıqlara qarşı təzyiqləri artırmaq üçün xarici bir böhranın yaranması lazımdır. Hamı çalışır ki, nə şiş yansın, nə də kabab. Mən isə qorxuram bu ortada, başqa bir faciə baş versin: «OCAQ SÖNSÜN». Qorxmayın, o ocağı demirəm, gəlinimizin ocağını deyirəm! bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar