SON XƏBƏRLƏR

İranda 1 ABŞ dolları 9 min tümənə çatdı. Milli valyutanın dəyərinin sürətlə düşməsi kütləvi etirazlara səbəb olub – FOTOLAR və VİDEOLAR

2021.10.20, 07:36
İranda 1 ABŞ dolları 9 min tümənə çatdı. Milli valyutanın dəyərinin sürətlə düşməsi kütləvi etirazlara səbəb olub – FOTOLAR və VİDEOLAR

Gunaz.tv

GünAzTV:İranda 1 ABŞ dollarının 9 min tümənə çatması, milli valyuta rialın (hər 10 rial bir tüməndir) sürətlə dəyərdən düşməsi, Tehranda bir sıra ticarət obkektləri sahiblərinin kütləvi etirazına səbəb olub.

 

İyunun 24-də Tehranda mobil telefonlarının əsas satış mərkəzləri olan “Əlaəddin” və “Çarsu” ticarət mərkəzlərindəki mağaza sahibləri dükanlarını bağlayaraq bazarda qiymətlərin qeyri-sabitliyinə, rejimin xarici siyasətinə və milli valyutanın sürətlə dəyərdən düşməsinə etiraz bildiriblər.

 

Tehranın Cümhuri küçəsindən Baharistan meydanına qədər yürüş keçirən ticarət obyektlərinin sahibləri “Suriyanı burax, bizim halımıza yan”, “Biqeyrətlər mağazalarınızı bağlayıb bizə qoşulun”, “Hamımız birlikdə tətilə başlayırıq” və s. şüarlar səsləndirən aksiyaçılar, əhalini ölkənin acınacaqlı iqtisadi durumuna və rəsmilərin bununla bağlı səriştəsizliyinə qarşı etirazlara qoşulmağa çağırıblar.

 

Aksiyada mümkün həbslərin olub-olmadığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar