SON XƏBƏRLƏR

İranda 1 həftəyə 20 tələbə həbs edilib

2021.10.20, 07:36
İranda 1 həftəyə 20 tələbə həbs edilib

Gunaz.tv
İranda 1 həftəyə 20 tələbə həbs edilib Son bir həftə ərzində İran universitetlərindən 20 tələbə siyasi fəaliyyətə görə bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar. İrandakı mənbələrdən Lent.az-a verilən məlumata görə, Məşhəd Universitetindən 14, Tehran Universitetindən 3, Zəncan Universitetində 3 azərbaycanlı tələbə milli haqlarını müdafiə etdiyinə görə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. həbs edilərək ETTELAAT təcridxanalarında işgəncə və təzyiqlər altındadır. İyunda isə azərbaycanlı tələbələr Əli Quluzadə, Əli Səbiri, Rza Ərəb, Mehdi Qüdsi, Əşqan Ərşiyan, Əmir Sərabi, Müctəba İmadpur, Tohid Dövlətşünas, Məhəmməd Ziraəti, Fərzad Həsənzadə, Səccad Rəcəbi və Məhəmməd Nizban həbs ediliblər. Tehranda tutulan Məcid Əsəri, Mehdi Xudayi və Səlman Sima “Evin” həbsxanasında saxlanılırlar. Ramil Məmmədli LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar