İranda 1 ildə ətin qiymətində 120% artım müşahidə olunub

28.06.2019, 17:35

GünAz TV: İranda son 6 ildə xarici valyutanın dəyərinin artması və onun nəticəsində ixracatda iflyasiya həddinin yüksəlməsinə görə, ət məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunub və bu da öz növbəsində orta təminatlı ailələrin alıcılıq qabiliyyətinin azalmasına səbəb olub.

 

Xüsusilə də ötən 1397-ci il (2018-mart- 2019-mart-red.) ərzində ət məhsullarının qiymətlərində rekord həddə bahalaşma satış müəssisələrində təklif edilən məhsulların qıtlığı ilə müşayiət olunub.

 

Qıtlığa yol açan əsas amillərdən biri ölkəyə xarici valyuta axınını təmin etmək üçün xaricə ixrac edilən ət məhsullarının həcminin artırılması olmuşdu. Dövlət ətin xaricə satılmasına qadağa qoymaqla, ixracatda yaranmış inflyasiyanı nəzarət altında alsa da, lakin heyvanların diri formada ölkə hüdudlarından kənara qaçaq yollarla çıxarılması İranda ət qıtlığını daha da dərinləşdirməkdədir.

 

Cari ilin yaz fəsli ərzində ətin qiyməti 867.318 ilə 877.727 riyal arasında dəyişib. 3 ay ərzində qiymətdə elə də böyük olmayan, yəni 1000 riyallıq artım olsa da, ötən illərlə müqayisədə cari ildə İranda ətin qiymətinin 100%-dən çox bahalaşdığını görmək mümkündür.

 

Ölkədə qoyun və mal ətinin 1 kiloqramının qiyməti 1397-ci il (2018-mart- 2019-mart-red.) 1396-cı ilə (2017-mart- 2018-mart-red.) nisbətdə ən azı 120% bahalaşıb.

 

İran Meyvə və Tərəvəz Satıcıları Təşkilatının iyun ayının sonlarında yaydığı statistikaya əsasən, satış nöqtələrində çəkilmiş qarışıq ətin hər bir kiloqramı 68 min, doğranmış mal əti 92400 və doğranmış qoyun əti 112600 tümənə təklif edilir.

 

Statistikada həmçinin dana ətinin baldır hissəsinin 1 kiloqramı 92 min tümən, bel hissəsinin isə 89 min tümən olduğu bildirilirdi. Qoyun ətində bu hissələrin qiyməti müvafiq olaraq 111800 və 96 min tümən göstərilirdi. Eləcə də, statistikada heyvanın bədəninin müxtəlif hissələrinin ətlərində kəskin qiymət fərqinin olduğu müşahidə olunurdu.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29

gun az article

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

2023-03-29